Zlatan İbrahimoviç Avropa çempionatında iştirak edə bilməyəcək
Tarix: 15-05-2021 17:45 | Bölmə: İdman
Zlatan İbrahimoviç Avropa çempionatında iştirak edə bilməyəcək

İtaliyanın "Milan" futbol klubunun isveçli hücumçusu Zlatan İbrahimoviç travmaya görə Avropa çempionatında iştirak edə bilməyəcək.

Bu barədə İsveçin Futbol İttifaqının mətbuat xidməti bildirib.

İbrahimoviç İtaliya çempionatının XXXV turunun "Milan" və "Yuventus" komandaları arasında matçında (3:0) travma alıb.

"Bu gün Zlatan Yanne Anderssona (İsveç yığmadının baş məşqçisi - red.) bildirib ki, travmaya görə bu yay Avropa çempionatında iştirak edə bilməyəcək", - mətbuat xidmətinin açıqlamasında deyilir.

İbrahimoviç 2020-ci ildən “Milan”da çıxış edir, İtaliya çempionatının cari mövsümündə onun hesabında 19 matçda 15 qol var/Report.




Bölməyə aid digər xəbərlər
23-11-2024, 20:08 "Qarabağ" qalib gəlib

bütün xəbərlər