"Real" Zinəddin Zidana əvəzləyici tapıb - Foto
Tarix: 16-05-2021 10:55 | Bölmə: İdman
"Real" Zinəddin Zidana əvəzləyici tapıb

"Real" mövsümün sonunda komandadan ayrılacağı gözlənilən Zinəddin Zidanın əvəzləyicisini tapıb.

Reyting.az
xəbər verir ki, bu barədə məşhur italyan jurnalisti Fabrisio Romano “Tvitter” hesabında məlumat yayıb. Onun yazdığına görə, klub hazırda işsiz olan Massimiliano Allqeri ilə danışıqlara başlayıb:


M. Allqeri

"Üç il əvvəl "Real"ın prezidenti Peres Alleqriyə dəvət göndərmişdi. Ancaq o, "Yuventus"da qalmağı üstün tutaraq bu təklifi rədd etdi. İndi Alleqri "Real"da işləməyə hazırdır. Artıq onunla danışıqlar başlayıb. Alleqri özü də bu təklifə razıdır".

Qeyd edək ki, 2014-2019-cu illərdə "Yuventus"u çalışdıran Alleqri 2 ildir işsizdir.(Qol.az)




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}