AFFA bu klubların cərimələrini ləğv edib
Tarix: 31-05-2021 19:14 | Bölmə: İdman
AFFA bu klubların cərimələrini ləğv edib

AFFA əvəzedici komandası Birinci Divizionda oynamayan, qadınlardan ibarət komandaları müvafiq liqalarda iştirak etməyən klublara güzəştə gedib.

Bu barədə qərarı assosiasiyanın İcraiyyə Komitəsi verib.

2020/21 mövsümü üçün nəzərdə tutulan müvafiq cərimə ləğv edilib. Buna koronavirus pandemiyası səbəb olub.

2021/22 mövsümündə əvəzedici komandasının Birinci Divizionda iştirakını təsdiq etməyən klub müvafiq qaydada 150 min manat cərimə məbləğini 3 ay ərzində ödəməlidir. Əvəzedici komandası Birinci Divizionda iştirak edən hər bir kluba AFFA tərəfindən 50 min manat ödəniləcək.




Bölməyə aid digər xəbərlər
23-11-2024, 20:08 "Qarabağ" qalib gəlib

bütün xəbərlər