16:53 / 21-05-2024
Ruslar hücuma hazırlaşır
14:49 / 21-05-2024
"Mercedes" "Tesla"-ya uduzur
Veteran futbolçumuz qəzada həlak olub
Tarix: 01-06-2021 15:18 | Bölmə: İdman
Veteran futbolçumuz qəzada həlak olub

"Neftçi" klubunun veteran futbolçusu Səmədağa Şıxlarov dünyasını dəyişib.

Reyting.az
xəbər verir ki, bu barədə "Report"a Futbol Veteranları İttifaqının sədri Oqtay Abdullayev bildirib.

Onun sözlərinə görə, Şıxlarovu az öncə Həsən Əliyev küçəsi ilə Azadlıq prospektinin kəsişməsində “Jeep” markalı avtomobil vurub.

Şıxlarov hadisə yerindəcə keçinib. O, ekspertiza üçün morqa aparılıb. O. Abdullayev veteranlar adından mərhumun ailəsinə baş sağlığı verib.

Qeyd edək ki, Şıxlarov 1974, 1977-80, 1982-84-cü illərdə “Neftçi”nin şərəfini qoruyub.

O, həmçinin Sumqayıt “Xəzər”i, Mingəçevir “Avtomobilçi”si, Kiyev OİK-i, Gəncə “Kəpəz”i və Siyəzən “Çıraqqala”sında forma geyinib.

1982-ci ildə SSRİ Olimpiya yığmasında da cəlb olunan Şıxlarov karyerasının sonlarında “Neftçi”nin futzal komandasında da oynayıb.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}