12:12 / 21-05-2024
Sabah yağış yağacaq
11:26 / 21-05-2024
Rəisinin varisi kimdir?
Atletlərimiz Avropadan qızıl və gümüş medallarla qayıdır
Tarix: 02-06-2021 23:48 | Bölmə: İdman
Atletlərimiz Avropadan qızıl və gümüş medallarla qayıdır

Polşanın Bıdqoş şəhərində keçirilən Açıq Avropa Çempionatında Azərbaycan Milli Paralimpiya Komitəsinin atletika idman növü üzrə idmançısı, T12 kateqoriyasında iştirak edən Səid Nəcəfzadə uzunluğa tullanma növündə 6.97 m nəticə göstərərək, yarışın qızıl medalını qazanıb.

Reyting.az
xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsindən bildirilib.

Milli Paralimpiya Komitəsinin atletika idman növü üzrə daha bir idmançısı, F57 kateqoriyasında iştirak edən Həmid Heydərli nizə atma növündə 43.49 m nəticə göstərərək, yarışın gümüş medalını qazanıb.

Beləliklə, millimizin çempionatda qazandığı medalların sayı 3-ə çatıb. Daha öncə T11 kateqoriyasında iştirak edən Toğrul Hümbətov uzunluğa tullanma növündə 5.67 m nəticə göstərərək bürünc medal qazanıb.(Report)




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}