16:53 / 21-05-2024
Ruslar hücuma hazırlaşır
14:49 / 21-05-2024
"Mercedes" "Tesla"-ya uduzur
12:12 / 21-05-2024
Sabah yağış yağacaq
Messi “Barselona” ilə yeni müqavilə bağlayır
Tarix: 03-06-2021 13:47 | Bölmə: İdman
Messi “Barselona” ilə yeni müqavilə bağlayır

Lionel Messinin “Barselona” ilə bağlayacağı yeni müqavilənin detalları müəyyənləşib.

Məlumata görə, argentinalı superulduz maaşının azaldılması şərtilə 10 illik sazişə qol çəkəcək.

Anlaşmaya əsasən, 34 yaşlı oyunçu növbəti iki mövsümü “Barselona”da keçirdikdən sonra daha iki il Devid Bekhemin sahibi olduğu “İnter Mayami”də oynayacaq. Leo 50 milyon avroluq illik məvacibinin 35 milyona endirilməsinə razılıq verib. O, 2025-ci ildə karyerasını başa vuracaq və növbəti 6 ili “Barselona”nın səfiri kimi fəaliyyət göstərəcək.

Qeyd edək ki, Lionel Messi ötən mövsüm bütün turnirlərdə keçirdiyi 47 oyunda 38 qol vurub, 14 məhsuldar ötürmə verib/APAsport.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}