09:22 / 13-06-2025
Yardımlıda traktor aşıb
"Qalatasaray"ın yeni prezidenti seçilib
Tarix: 20-06-2021 00:00 | Bölmə: İdman
"Qalatasaray"ın yeni prezidenti seçilib

Türkiyənin "Qalatasaray" futbol klubunun yeni prezidenti müəyyənləşib.

Reyting.az
xəbər verir ki, seçkidə 5 namizəd - Metin Öztürk, İbrahim Özdemir, Eşref Hamamcıoğlu, Burak Elmas və Yiğit Şardan iştirak edib.

Burak Elmas bütün rəqiblərini geridə qoyub. Belə ki, səsvermədə iştirak edən 4 731 şəxsin 1 541-i Elması bu posta layiq görüb.

O, "sarı-qırmızıların" 38-ci prezidenti olub.

Elmas bu postda Mustafa Cengizi əvəzləyəcək. 2018-ci ildən İstanbul təmsilçisinə rəhbərlik edən Cengiz səhhəti ilə əlaqədar namizədliyini irəli sürməyib.




Bölməyə aid digər xəbərlər
11-06-2025, 21:06 Acun Ilıcalı istefa verib