18:48 / 25-11-2024
Ətir - Akif Abbasov yazır
Tokio-2020: Azərbaycan üçüncü medalını qazanıb
Tarix: 03-08-2021 15:20 | Bölmə: İdman / Xəbərlər
Tokio-2020: Azərbaycan üçüncü medalını qazanıb

Azərbaycan Tokio-2020 Yay Olimpiya Oyunlarında üçüncü medalını qazanıb.

Reyting.az
xəbər verir ki, bu dəfə yunan-Roma güləşçisi Rafiq Hüseynov fəxri kürsüyə yüksəlib. 33 yaşlı pəhləvan 77 kq çəki dərəcəsində bürünc medal əldə edib. O, 3-cü yer uğrunda görüşdə Ermənistan təmsilçisi Karapet Çalyana qalib gəlib.

Bu, Azərbaycanın Tokio-2020-də üçüncü medalı olub. Daha əvvəl cüdoçu İrina Kindzerska (+78 kq) və boksçu Alfonso Dominges (81 kq) bürünc medala sahib olub.

Qeyd edək ki, Rafiq Hüseynov karyerasında ilk dəfə olimpiya medalı qazanıb. O, əvvəllər iki dəfə 2011 və 2020-ci illərdə Avropa çempionluğu, həmçinin Bakı-2015 I Avropa Oyunlarının və 2019-cu il dünya çempionatının gümüş medalını əldə edib.




Bölməyə aid digər xəbərlər
23-11-2024, 20:08 "Qarabağ" qalib gəlib

bütün xəbərlər