Tokio-2020: Azərbaycan qızıl medal qazana bilər
Tarix: 07-08-2021 00:15 | Bölmə: İdman / Xəbərlər
Tokio-2020: Azərbaycan qızıl medal qazana bilər

Tokio-2020 Yay Olimpiya Oyunları davam edir.

Reyting.az
-ın məlumatına görə, yarışın sonuncudan əvvəlki günü ən çox medalın sahibini tapacağı gün kimi əlamətdar olacaq.

Bu gün ümumilikdə 34 medal dəsti uğrunda mübarizə ilə yekunlaşacaq. Azərbaycanın gücünü sınayacaq 9 idmançısından dördü günü mükafatla başa vura bilər.

Onlardan üçü bir gün öncə mübarizəyə qoşulan güləşçilərdir. Hacı Əliyev qızıl, Mariya Stadnik bürünc uğrunda, Şərif Şərifov isə təsəlliverici görüşdə mübarizə aparacaq.

Onlar kimi İrina Zaretska da medal mübarizəsinə qoşulacaq. Yarışa bu gün qoşulacaq karateçimiz qrup mərhələsindən başlayacaq və günü mükafatla bitirməyə çalışacaq.

Bədii gimnastika üzrə qrup hərəkətləri ilə komandamızın 5 üzvü isə final mərhələsinə vəsiqə üçün yarışacaq. Təmsilçilərimiz sabah da xalça üzərinə çıxmaq üçün bu gün uğur qazanmalıdır.

7 avqust

05:00. Bədii gimnastika, qrup hərəkətləri. 1-ci çıxış. Azərbaycan komandası (Yelizaveta Luzan, Darya Sorokina, Nərminə Səmədova, Ləman Əlimuradova, Zeynəb Hümmətova)

06:30. Bədii gimnastika, qrup hərəkətləri, 2-ci çıxış. Azərbaycan komandası (Yelizaveta Luzan, Darya Sorokina, Nərminə Səmədova, Ləman Əlimuradova, Zeynəb Hümmətova)

09:28. Karate, qadınlar. +61 kq, B qrupu. İrina Zaretska – Ayumi Uekusa (Yaponiya)

10:03. Karate, qadınlar. +61 kq, B qrupu. İrina Zaretska – Silvia Semeraro (İtaliya)

10:24. Karate, qadınlar. +61 kq, B qrupu. İrina Zaretska – Sofiya Berultseva (Qazaxıstan)

10:59. Karate, qadınlar. +61 kq, B qrupu. İrina Zaretska - Meltem Hocaoğlu (Türkiyə)

13:45. Sərbəst güləş, kişilər. 65 kq, final. Hacı Əliyev - Takuto Otoquro (Yaponiya)

13:45. Sərbəst güləş, kişilər. 97 kq, təsəlliverici görüş. Şərif Şərifov - Elizbar Odikadze (Gürcüstan)

13:45. Sərbəst güləş, qadınlar. 50 kq, bürünc medal uğrunda görüş. Mariya Stadnik – Namuuntsetseq Oçir (Monqolustan) / Lusiya Yepes (Ekvador) cütünün qalibi.(ApaSport)




Bölməyə aid digər xəbərlər
16-05-2024, 13:14 Azərbaycanda əhali artıb

{sape_links}{sape_article}