Azərbaycan Tokio-2020-də 6-cı medalını qazanıb
Tarix: 07-08-2021 16:08 | Bölmə: İdman / Xəbərlər
Azərbaycan Tokio-2020-də 6-cı medalını qazanıb

Azərbaycan komandası Tokio-2020 Yay Olimpiya Oyunlarında 6-cı medalı təmin edib.

Reyting.az
xəbər verir ki, 61 kq-dan yuxarı çəkidə çıxış edən idmançı yarımfinalda çinli Qonq Li ilə döyüşüb

Rəqibinə 7:2 hesabı ilə qalib gələn Zaretska finala yüksəlib.

Bununla da gümüş medalı təmin edən idmançımız qızıl medal uğrunda döyüşdə Misir təmsilçisi Feryal Abdelazizlə üz-üzə gəlib və uduzub.

Qeyd edək ki, bunadək karateçi Rafael Ağayev (75 kq) gümüş, cüdoçu İrina Kindzerska (+78 kq), boksçu Alfonso Dominqes (81 kq) və yunan-Roma güləşində Rafiq Hüseynov (77 kq) bürünc medal qazanıb. Sərbəst güləşçi Hacı Əliyev (65 kq) isə finala yüksəlməklə özü üçün ən azı gümüş mükafatı təmin edib.




Bölməyə aid digər xəbərlər
4-09-2025, 00:18 Millimiz qalib gəlib
9-09-2025, 07:58 Kiyev niyə uduzur?