18:48 / 25-11-2024
Ətir - Akif Abbasov yazır
Avropa Liqasında qrup mərhələsinin püşkü atılıb
Tarix: 27-08-2021 14:51 | Bölmə: İdman / Xəbərlər
Avropa Liqasında qrup mərhələsinin püşkü atılıb

UEFA Avropa Liqasında 2021/2022 mövsümünün qrup mərhələsinin püşkü atılıb.

Reyting.az
xəbər verir ki, bununla da İstanbulda keçirilən tədbirdə qrupların tərkibi müəyyənləşib:

A qrupu: "Lion" (Fransa), "Reyncers" (Şotlandiya), "Sparta" (Praqa, Çexiya), "Bröndbü" (Danimarka)

B qrupu: "Monako" (Fransa), PSV (Eyndhoven, Niderland), "Real Sosyedad" (İspaniya), "Şturm" (Qrats, Avstriya)

C qrupu: "Napoli" (İtaliya), "Lester Siti" (İngiltərə), "Spartak" (Moskva, Rusiya), "Legiya" (Varşava, Polşa)

D qrupu: "Olimpiakos" (Yunanıstan), "Ayntraxt" (Frankfurt, Almaniya), "Fənərbağça" (Türkiyə), "Antverpen" (Belçika)

E qrupu: "Latsio" (İtaliya), "Lokomotiv" (Moskva, Rusiya), "Marsel" (Fransa), "Qalatasaray" (Türkiyə)

F qrupu: "Braqa" (Portuqaliya), "Srvena Zvezda" (Belqrad, Serbiya), "Lüdoqorets" (Razqrad, Bolqarıstan), "Midtüllan" (Danimarka)

G qrupu: "Bayer" (Leverkuzen, Almaniya), "Seltik" (Şotlandiya), "Betis" (İspaniya), "Ferentsvaroş" (Macarıstan)

H qrupu: "Dinamo" (Zaqreb, Xorvatiya), "Genk" (Belçika), "Vest Hem" (İngiltərə), "Rapid" (Vyana, Avstriya),

Qeyd edək ki, oyunlar 16 sentyabr, 30 sentyabr, 21 oktyabr, 4 noyabr, 25 noyabr və 9 dekabrda olacaq.




Bölməyə aid digər xəbərlər
23-11-2024, 20:08 "Qarabağ" qalib gəlib

bütün xəbərlər