17:38 / 28-03-2024
Əməkdar artist vəfat edib
DÇ-2022: İsveçrə Kameruna qalib gəlib - Yenilənib
Tarix: 24-11-2022 16:06 | Bölmə: İdman
DÇ-2022: İsveçrə Kameruna qalib gəlib

Dünya çempionatının G qrupunda İsveçrə və Kamerun yığmaları arasında oyun başa çatıb.

Reyting.az
xəbər verir ki, oyun Bakı vaxtı ilə saat 14:00-da start götürüb.

Oyun  İsveçrənin qələbəsiylə başa çatıb - 1:0.

Yeganə qolu 48-ci dəqiqədə Bril Embolo vurub.

Bu qələbədən sonra İsveçrə yığması 3 xalla zirvədə qərarlaşıb. Xalı olmayan Kamerun sonuncudur. Qrupun digər matçında Braziliya Serbiyanı sınağa çəkəcək. Görüş Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

***

Qətərdə keçirilən dünya çempionatının G qrupunun I turunda üz-üzə gələcək İsveçrə və Kamerun yığmalarının start heyətləri açıqlanıb.

Reyting.az
xəbər verir ki, komandalar meydana aşağıdakı heyətlə çıxacaqlar:

İsveçrə: Yann Zommer, Silvan Vidmer, Niko Elvedi, Manuel Akanci, Rikardo Rodriges, Qranit Caka, Remo Froyler, Cibril So, Bril Embolo, Cerdan Şakiri, Ruben Varqas

Kamerun: Andre Onana, Nuxu Tolo, Nikolya N Kulu, Jan-Şarl Kastelletto, Kollins Fay, Samuel Que, Martin Onqla, Andre Zambo-Angissa, Brian Mbyomo, Erik Şupo-Motinq, Karl Toko Ekambi

Qeyd edək ki, qarşılaşma Bakı vaxtı ilə saat 14:00-da başlayacaq.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}