Qran Pri: Azərbaycanın iki cüdoçusu gümüş medal qazanıb
Tarix: 02-06-2023 17:32 | Bölmə: İdman
Qran Pri: Azərbaycanın iki cüdoçusu gümüş medal qazanıb

Bu gün Azərbaycanın qadın cüdoçusu Gültac Məmmədəliyeva Tacikistanın paytaxtı Düşənbədə keçirilən Qran Pri turnirində gümüş medal qazanıb.

Məlumata görə, 52 kq-dakı idmançı finalda neytral statusda çıxış edən Alesya Kuznetsovaya uduzub.

Görüşün əsas vaxtında hesab açılmayıb. Qızıl xal bölümündə ağrıdıcı fəndlə məğlub olan Məmmədəliyeva gümüş medalla kifayətlənib(Report).

Xatırladaq ki, bu gün Turan Bayramov Tacikistanın paytaxtı Düşənbədə start götürən Qran Pri turnirində final görüşünə çıxıb.

Məlumata görə, 60 kq çəki dərəcəsində yer alan idmançı qızıl medal uğrunda qarşılaşmada neytral statusda güləşən Ramazan Abdullayevlə üz-üzə gəlib. Rəqibinə ipponla uduzan Bayramov ikinci yerlə kifayətlənib.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}