G7 Ukraynaya taxıl ixracında kömək edəcək - Bəyanat
Tarix: 25-02-2024 01:29 | Bölmə: İqtisadiyyat
G7 Ukraynaya taxıl ixracında kömək edəcək

G7 (Böyük Yeddilik) ölkələri ən həssas dövlətlərə taxıl və kənd təsərrüfatı məhsullarının ixracında Kiyevə kömək vəd ediblər.

Reyting.az
-ın xəbərinə görə, bu barədə G7-nin onlayn sammitinin yekunlarına dair bəyanatında bildirilib.

Bəyanatda qeyd olunur ki, G7 taxıl və kənd təsərrüfatı məhsullarının ən həssas ölkələrə ixracında Ukraynaya köməyi davam etdirəcək.

Əvvəllər bildirilmişdi ki, 2023-cü ilin sonuna qədər Ukrayna Qara dəniz vasitəsilə taxıl tədarükünün həcmini 2022-ci ildə hərbi əməliyyatlar başlamazdan əvvəl müşahidə edilən faktiki olaraq eyni səviyyəyə çatdıra bilib. Taxıl dəhlizi boyunca yüklərin böyük hissəsi qlobal cənub ölkələrinə gedir. Rusiya taxıl sazişindən çıxdıqdan sonra yaranan yeni dəhliz 500-dən çox gəmi və 10 milyon ton yükün keçməsinə imkan verib.

V. QULİYEV




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər