Azərbaycanda barama istehsalı artıb
Tarix: 31-12-2018 17:58 | Bölmə: İqtisadiyyat
Azərbaycanda barama istehsalı artıb

2018-ci ilin yanvar-noyabr aylarında Azərbaycanda 514 ton barama istehsal olunub ki, bu da ötən ilki göstərici ilə müqayisədə 2,1 dəfə çoxdur. Qeyd edək ki, bu, son 20 il ərzində Azərbaycanda barama istehsalının ən yüksək göstəricisidir.

Bu barədə Dövlət Statistika Komitəsi məlumat verib.

Ümumilikdə, bu ilin 11 ayı ərzində ölkədə kənd təsərrüfatı məhsullarının istehsal həcmi real qiymətlərlə 6,6 milyard manat təşkil edib ki, bu da ötən ilin eyni dövründəki göstəricidən 4,6 faiz çoxdur.

Hesabat dövründə heyvandarlıq sektorunda istehsalın həcmi 2,7 faiz (3,5 milyard manata qədər), bitkiçilik sahəsində isə 6,6 faiz (3,1 milyard manata qədər) artıb.(Trend)




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}