İcra Hakimiyyəti üç sanitar qovşağı 175 min manata inşa etdirəcək
Tarix: 30-09-2024 16:09 | Bölmə: İqtisadiyyat
İcra Hakimiyyəti üç sanitar qovşağı 175 min manata inşa etdirəcək

Babək Rayon İcra Hakimiyyəti (RİH) Nehrəm qəsəbəsində üç sanitar qovşağın tikintisinin satınalınması ilə bağlı tender elan edib.

Reyting.az
İqtisadiyyat.az-a istinadla xəbər verir ki, sanitar qovşaqların hər birinin sahəsi 32 kvadrat metr nəzərdə tutulub.

Sanitar qovşaqların hər biri bünövrədən tikilərək və bütün aksesuarlarla təchiz olunaraq tam istifadəyə veriləcək.

Babək Rayon İcra Hakimiyyəti üç sanitar qovşağın tikilərək zəruri avadanlıqlarla tam təchiz olunmasının 175 min manata başa gələcəyini proqnozlaşdırıb.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}