12:56 / 12-12-2024
Sabah yağış yağacaq
Mərkəzi Bank ASC-nin lisenziyasını ləğv edib
Tarix: 12-12-2024 11:33 | Bölmə: İqtisadiyyat
Mərkəzi Bank ASC-nin lisenziyasını ləğv edib

Azərbaycan Mərkəzi Bankı (AMB) "Plato Capital and Co. İnvestisiya Şirkəti" ASC-nin lisenziyasını ləğv edib.

Reyting.az
xəbər verir ki, Mərkəzi Bankın İdarə Heyətinin qərarı ilə fəaliyyətində yol verdiyi pozuntuların aradan qaldırılmasına dair icrası məcburi göstərişlərə əməl edilməməsinə görə “Qiymətli kağızlar bazarı haqqında” qanunun 70.1.6-cı maddəsinə uyğun olaraq investisiya şirkətinin lisenziyası ləğv olunub.

Qanunun 70.3-cü maddəsinə müvafiq olaraq lisenziyası ləğv edilən investisiya şirkəti Mülki Məcəlləyə uyğun olaraq ləğv edilir.

Bununla da, Azərbaycanda lisenziyası olan investisiya şirkətlərinin sayı 12-yə düşüb.

“Plato Capital and Co.”nu 2002-ci ildə hazırda ləğv prosesində olan “Texnika Bank” ASC "Texnika Kapital Menecment" adı ilə yaradıb. İnvestisiya şirkəti 2015-ci ildə adını "Kapital Menecment"ə, 2018-ci ildə "Plato Menecment"ə dəyişib, 2019-cu ildə yenidən rebrendinq edib. Onun nizamnamə kapitalı 816 min manatdır. İnvestisiya şirkətinin səhmdarları 99% payla "Red Block" MMC və 1% payla Leyla Hacıyevadır.




Bölməyə aid digər xəbərlər
6-12-2024, 08:23 ABŞ pulsuz qala bilər

bütün xəbərlər