17:38 / 28-03-2024
Əməkdar artist vəfat edib
İranın nazir müavini: "Azərbaycan böyük nəticələr əldə edib"
Tarix: 30-05-2019 10:34 | Bölmə: İqtisadiyyat
İranın nazir müavini: "Azərbaycan böyük nəticələr əldə edib"

Azərbaycan enerji resurslarından istifadə edərək, milli iqtisadi inkişafa və öz vətəndaşlarının həyat səviyyəsinin yüksəldilməsi baxımından 25 il müddətində çox böyük nəticələr əldə edib. Reyting.az-ın xəbərinə görə, bunu Bakıda keçirilən 26-cı Beynəlxalq Xəzər Neft və Qaz Konfransında çıxış edən İranın neft nazirinin beynəlxalq məsələlər üzrə müavini Əmir Hüseyn Zamaninia deyib.

Onun sözlərinə görə, Azərbaycan bu gün eyni zamanda enerji təchizatının diversifikasiyası önündə də böyük işlər görüb.

"Bugünkü enerji konfransında da Azərbaycanın gələcək baxışlarını, enerji liderlərinin gələcək baxışları onu göstərir ki, onlar regional əməkdaşlıq və sinerjilərin vasitəsilə daha çox işlər görmək istəyirlər", - deyə Əmir Hüseyn Zamaninia qeyd edib.

O həmçinin bildirib ki, İran hazırda çox böyük təzyiqlər altındadır və bunun səbəbləri həm İrana, həm də Avropa və Asiya ölkələrinə, eyni zamanda MAGATE və digərlərinə aydın deyil.

"Beynəlxalq Atom Enerjisi Agentliyi müxtəlif hesabatlar hazırlayıb və orada təsdiq edib ki, İran bu sahədə götürdüyü öhdəlikləri yerinə yetirib. İranlıların sivilizasiyası və tarixi bildiyiniz kimi, ABŞ-ın mövcudluğundan qat-qat yüksəkdir. Biz bu vəziyyətin öhdəsindən gələcəyik. Düşünürdülər ki, İranın neft ixracı sıfır olacaq, qısa müddət ərzində İranda rejim dəyişəcək. Yanlış konsepsiyalar və dezinformasiyalar Vaşinqtondan axır. Bizim neft ixracının heç də sıfır deyil, biz artıq bazar yaratmışıq. Bu tamamilə qanuni bazardır, amma bizim istədiyimiz kimi şəffaf deyil", - deyə o qeyd edib.(ONA)




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}