DGK müvəqqəti gətirilmə müddəti bitmiş minik avtomobilləri ilə bağlı məlumat yayıb
Tarix: 17-04-2020 16:53 | Bölmə: İqtisadiyyat
DGK müvəqqəti gətirilmə müddəti bitmiş minik avtomobilləri ilə bağlı məlumat yayıb

Koronovirus (COVID-19) infeksiyasının Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən qlobal pandemiya elan olunduğunu nəzərə alaraq Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarı ilə digər ölkələrə səfərlər, eləcə də qonşu ölkələrlə sərhədkeçmə müvəqqəti olaraq məhdudlaşdırılıb.

Dövlət Gömrük Komitəsindən Reyting.az-a verilən məlumata görə, COVID-19 pandemiyası ilə əlaqədar 5 aprel 2020-ci il tarixdən 20 aprel 2020-ci il tarixədək yükdaşımalar istisna olmaqla, Azərbaycan Respublikası ərazisinə yerüstü və hava nəqliyyatı yolu ilə giriş-çıxış, o cümlədən yerli hava uçuşları dayandırılıb.

Yuxarıda qeyd edilənləri və mövcud pandemiyanın fors-major hal yaratdığını nəzərə alaraq, xarici dövlətlərdə daimi qeydiyyatda olan və müvəqqəti gətirilmə müddəti xüsusi karantin rejimi zamanı bitən minik nəqliyyat vasitələrinin ölkə daxilində idarə olunmaması və həmin nəqliyyat vasitələrinin, gömrük nəzarəti altında saxlanılması mümkün olmadıqda, yaşadığınız ərazidə saxlanılması zəruridir.

"Eyni zamanda qeyd edirik ki, karantin rejimi bitdikdən sonra xarici dövlətlərdə daimi qeydiyyatda olan və müvəqqəti gətirilmə müddəti bitmiş minik nəqliyyat vasitələri ölkə ərazisini tərk etməlidir. Bununla bağlı karantin rejimi nəzərə alınmaqla həyata keçiriləcək tədbirlər barədə əlavə məlumat veriləcək", - deyə məlumatda bildirilir.скачать dle 10.5фильмы бесплатно




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}