Karantin olan daha 8 rayon əhalisnə 190 manat yardım veriləcək
Tarix: 03-07-2020 18:02 | Bölmə: İqtisadiyyat
Karantin olan daha 8 rayon əhalisnə 190 manat yardım veriləcək

"190 manatlıq birdəfəlik ödəmələrin karantin tətbiq olunan bütün rayonlardakılara da verilməsinin tətbiq olunması müzakirə olunur və bu barədə qərar qəbul olunacaq.

Reyting.az
xəbər verir ki, bunu  Azərbaycan Respublikası Prezidentinin köməkçisi Şahmar Mövsümov Operativ Qərargahın brifinqində bildirib.

O qeyd edib ki, artıq narıncı zonadakı 8 rayon üzrə ödənişlər təmin olunacaq. Onun sözlərinə görə, ödənişlər 2 -3 gün ərzində hissə-hissə verilməyə başlanılacaq. "Hissə-hissə verilməsi bankomatların qarşısında sıxlığın olmaması  ilə bağlıdır”.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər