21:38 / 26-11-2024
Ordubadda zəlzələ olub
Əməyin mühafizəsi ilə bağlı yeni qanunlar hazırlanacaq
Tarix: 01-03-2021 13:33 | Bölmə: İqtisadiyyat
Əməyin mühafizəsi ilə bağlı yeni qanunlar hazırlanacaq

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin sədrlik etdiyi “Əməyin mühafizəsi” standartlaşdırma üzrə Texniki Komitə tərəfindən əməyin mühafizəsi üzrə 196 maddə üzrə milli standartın hazırlanması nəzərdə tutulur.

Reyting.az
xəbər verir ki, bununla bağlı Komitə fəaliyyət planını hazırlayaraq təsdiq olunması üçün Azərbaycan Standartlaşdırma İnstitutuna təqdim edib.

Yeni milli standartlar əmək münasibətləri sahəsində normativ hüquqi bazanın beynəlxalq standartlara uyğunlaşdırılması, əməyin mühafizəsi və iş yerlərində təhlükəsizliyin təmin edilməsi üzrə yeni sistemə keçidi təmin edəcək. Bu standartlar iş yerlərində maksimal təhlükəsizliyi, işçilərin qorunmasını və peşə risklərinin idarə olunmasını təmin edən preventiv tədbirləri əhatə edir.

Qeyd edək ki, “Əməyin mühafizəsi” standartlaşdırma üzrə Texniki Komitə 2020-ci ilin iyul ayında yaradılıb. Komitədə müxtəlif təşkilatların və işəgötürənlərin nümayəndələri təmsil olunur.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər