ABŞ Ukraynaya 32.5 milyard dollar yardım ayırır
Tarix: 03-03-2022 16:55 | Bölmə: İqtisadiyyat / Xəbərlər
ABŞ Ukraynaya 32.5 milyard dollar yardım ayırır

Bayden administrasiyası Konqresdən Ukraynaya yardım və COVID-19-la mübarizə məqsədi ilə 32,5 milyard dollar ayrılmasının təsdiqləməsini istəyib.

Bu barədə "Washington Post" məlumat yayıb.

Bildirilib ki, Bayden administrasiyası həmin vəsaitin 10 milyard dollarının Ukraynada yaranmış humanitar böhranın aradan qaldırılmasına ayırmaq niyyətindədir.

Eyni zamanda, yardımın Ukraynanın müdafiə qabiliyyətinin gücləndirilməsinə yönəldiləcəyi bildirilib.

Bu arada Avropa Komissiyası Ukrayna ilə anlaşma memorandumu imzalayıb.

Bu barədə Ticarət məsələləri üzrə Avropa komissarı Valdis Dombrovskis "Twitter"də bildirib.

Avropa komissarı Ukrayna ilə Aİ arasında 1,2 milyard avroluq makromaliyyə yardımı haqqında Anlaşma Memorandumu imzaladığını bildirib.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}