23:11 / 18-03-2024
Ukrayna ordusu geri çəkilir
20:16 / 18-03-2024
Borrell ikibaşlı danışır
Roman Abramoviç Bakıya gəlir
Tarix: 24-05-2019 11:29 | Bölmə: Xəbərlər
Roman Abramoviç Bakıya gəlir

İngiltərənin “Çelsi” klubunun sahibi Roman Abramoviç UEFA Avropa Liqasının final oyunu üçün Bakıya gələcək.

“The Sun”un verdiyi məlumata görə, viza problemi üzündən “zadəganlar”ın Londondakı son ev matçlarını tribunadan izləyə bilməyən 53 yaşlı rusiyalı milyarder İsrail vətəndaşlığı alıb.

Bildirilir ki, Abramoviçin Azərbaycan səfərində məqsəd həm “Çelsi”yə dəstək olmaq, həm də kluba sadiqliyini ictimaiyyətə nümayiş etdirmək istəyidir.

Rusiyalı biznesmen 2003-cü ildən "Çelsi"nin sahibidir. İş adamı klubu 140 milyon dollara alıb. Onun rəhbərliyin dövründə London klubu 5 dəfə ölkə çempionu, tarixində ilk dəfə - 2012-ci ildə Çempionlar Liqasının, 2013-cü ildə isə Avropa Liqasının qalibi olub.

Qeyd edək ki, “Çelsi” mayın 29-da Bakı Olimpiya Stadionunda keçiriləcək Avropa Liqasının final matçında Londonun digər təmsilçisi “Arsenal” ilə qarşılaşacaq/Report.




Bölməyə aid digər xəbərlər
15-03-2024, 01:00 Hakan Fidan Bakıya gəlib
14-03-2024, 21:31 Anar - Fəxri Uğurlu yazır

{sape_links}{sape_article}