Nazir seksual istismar qalmaqalına görə istefa verdi
Tarix: 12-07-2019 20:04 | Bölmə: Xəbərlər
Nazir seksual istismar qalmaqalına görə istefa verdi

Amerikalı milyarder Ceffri Epşteynin seksual istismar məqsədilə insan alveri ittihamı ilə həbsi Ağ evdə yeni istefaya səbəb olub.

Reyting.az-ın xarici mətbuata istinadla verdiyi xəbərə görə, Donald Tramp administrasiyasının 66 yaşlı maliyyəçisinin ətrafındakı qalmaqal üzündən ABŞ-ın əmək naziri Aleksandr Akosta postnun tərk etmək qərarına gəlib.

Bu haqda nazirliyin rəhbəri iyulun 12-də Ağ ev qarşısında prezidentlə birgə çıxışında söyləyib.

Tramp bununla bağlı deyib ki, nazirin qərarından həmin gün səhər xəbər tutub – Akosta ona zəng edərək istefa vermək arzusunu bildirib.

Qeyd etmək lazımdır ki, əmək naziri 12 il əvvəl, 2007-ci ildə Mayaminin prokuroru işləyəndə yetkinlik yaşına çatmayanların zorlanmasında şübhəli bilinən Epşteynin təqsirkar bilinməməsi üçün onun xeyrinə addım atıb. O zaman milyarder barəsində 13 aylıq həbs qərarı çıxarılıb, o isə bu müddətin böyük hissəsini ofisində keçirib, ona işə gəlməyə razılıq da verilib.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}