Bayden seçkiqabağı reytinqdə Trampı keçdi
Tarix: 15-07-2019 23:31 | Bölmə: Xəbərlər
Bayden seçkiqabağı reytinqdə Trampı keçdi


Ağ evin indiki rəhbəri Donald Tramp keçmiş vitse-prezident Co Baydenin ABŞ-dakı seçkiqabağı sosioloji sorğularda onu birmənalı olaraq üstələdiyini əks etdirən nəticələri ilə qətiyyən razılaşmaq istəmir.

Reyting.az xarici KİV-ə istinadla bildirir ki, o bu haqda özünün rəsmi Twitter səhifəsində yazıb.

“Budur yenidən bu Facebook sorğuları. Hillari Klintonla da bağlı seçkilər zamanı buna bənzəri baş verib. ABC, NBC, CNN telekanalları, “The New York Times” və “The Washington Post” nəşrləri – onlar hamısı bilərəkdən yanlışlıq edirdilər. Sorğuların nəticələrini azaltmaq tez deyilmi? Onlar heç vaxt öyrənməyəcəklər”, - Tramp yazıb.

ABŞ-ın indiki prezidentinin reaksiyası iyulun 15-də son günlər ardıcıl olaraq Amerika seçkiləri ilə bağlı sorğuların nəticələri açıqlanandan sonra ortaya çıxıb. Həmin nəticələrdə qeyd edilir ki, Donald Trampla yarışın lideri demokrat Co Baydendir.

Məsələn, NBC News telekanalı, eləcə də “Wall Street Journal”ın sosioloqlarının birgə keçirdiyi son araşdırma göstərir ki, amerikalı seçicilərin əksəriyyəti Co Baydenə (51 faiz), 42 faizi Donald Trampa səs verməyə hazırdır.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}