Cinayət törətməkdə şübhəli bilinən 30 nəfər saxlanılıb
Tarix: 12-12-2019 11:30 | Bölmə: Xəbərlər
Cinayət törətməkdə şübhəli bilinən 30 nəfər saxlanılıb

Ötən gün daxili işlər orqanlarında qeydə alınan cinayət faktları və hadisələr haqqında statistik məlumatlar açıqlanıb.

DİN-nin Mətbuat Xidmətindən Reyting.az-a verilən məlumata görə, dekabr ayının 11-də törədilən 16 cinayətin üstü “isti izlər”lə açılıb.

Məlumata görə, əvvəlki dövrlərdən bağlı qalan 6 cinayətin açılması təmin olunub: "Axtarışda olduğuna görə ümumilikdə 31 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 12 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib. Avtomobil yollarında isə 2 ağır yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 2 nəfər ölüb".

Məlumata görə, daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 7, qanunsuz saxlanılan silah-sursatla bağlı 1 fakt müəyyən edilib: "Cinayət törətməkdə şübhəli bilinən 30 nəfər saxlanılıb".




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}