16:46 / 19-04-2024
İlham Əliyev Rusiyaya gedir
Rəis müavininin işi məhkəməyə göndərilib
Tarix: 28-02-2020 13:06 | Bölmə: Xəbərlər
Rəis müavininin işi məhkəməyə göndərilib

Dələduzluqda ittiham olunan sabiq polis zabiti Mehman Əsədov və onunla birlikdə təqsirləndirilən Dəniz Əsədovanın cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

Cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Hakim Siyavuş Hacıyevin icraatına verilən iş üzrə hazırlıq iclası yaxın günlərdə keçiriləcək.

Qeyd edək ki, təqsirləndirilən şəxslərə Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda dələduzluq) maddəsi ilə ittiham verilib. Onlar müxtəlif vədlərlə vətəndaşları aldadaraq, onların əmlakını ələ keçirməkdə təqsirləndirilirlər. İş üzrə 33 zərərçəkmiş var.

Xatırladaq ki, M.Əsədov Sabunçu Rayonu 13-cü Polis Bölməsinin rəis müavini olub. O, ötən ilin mart ayında ölkəni tərk etmək istəyərkən hava limanında saxlanılıb və barəsində həbs-qətimkan tədbiri seçilib/Report.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}