Kürdəmir sakini 29 kq narkotiklə saxlanıldı
Tarix: 04-08-2020 20:31 | Bölmə: Xəbərlər
Kürdəmir sakini 29 kq narkotiklə saxlanıldı

Kürdəmir Rayon Polis Şöbəsinə rayonun Sığırlı kənd sakini Ədilov İqbal Əlislam oğlunun qanunsuz olaraq narkotik vasitələrdən istifadə etməsi, üzərində və yaşadığı evdə saxlaması, daşıması, habelə yaşadığı evin həyətində tərkibində narkotik maddələr olan bitkiləri kultivasiya etməsi barədə məlumat daxil olub.

Məlumata görə, polis əməkdaşları daxil olmuş məlumat əsasında İqbal Ədilovun yaşadığı evə baxış keçirib və ordan 133 ədəd ümumi çəkisi 28 kq 900 qram olan narkotik vasitə olan çətənə bitkisi aşkar olunaraq götürülüb.

İ.Ədilov polis əməkdaşları tərəfindən saxlanıaraq şöbəyə gətirilib. O, ilkin dindirilmə zamanı törətdiyi cinayət əməlini etiraf edib.

Faktla bağlı araşdırma aparılır/Report.




Bölməyə aid digər xəbərlər
27-03-2024, 09:47 Macarlar Orbana etiraz edir

{sape_links}{sape_article}