Şəhidin şəhid oğlu Beyləqanda dəfn olunacaq
Tarix: 24-07-2021 00:09 | Bölmə: Xəbərlər
Şəhidin şəhid oğlu Beyləqanda dəfn olunacaq

Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonu ərazisindəki mövqelərindən Azərbaycan Ordusunun Ermənistan-Azərbaycan dövlət sərhədinin Kəlbəcər rayonu sahəsindəki mövqelərini atəşə tutması nəticəsində şəhid olan hərbi qulluqçumuz, gizir Fərman Telman oğlu Yaqublu bu gün Beyləqan rayonunda dəfn olunacaq.

Reyting.az
xəbər verir ki, 1993-cü ildə Beyləqan rayonunun Qəhrəmanlı qəsəbəsində anadan olan Fərman Yaqublu Vətən müharibəsindəki qəhrəmanlıqlarına görə “Kəlbəcərin azad olunmasına görə” medalı ilə təltif olunmuşdu.

Qeyd edək ki, F. Yaqublunun atası da 1994-cü ildə, Birinci Qarabağ müharibəsində şəhid olub.(Report)

Allah bütün şəhidlərimizə rəhmət eləsin!




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}