Bakıda daha bir məktəbdə əyani dərslər dayandırılıb
Tarix: 26-10-2021 12:42 | Bölmə: Xəbərlər
Bakıda daha bir məktəbdə əyani dərslər dayandırılıb

Bakı şəhəri Nərimanov rayonundakı 73 nömrəli tam orta məktəb koronavirusa yoluxma səbəbilə distant tədrisə keçib.

Bakı şəhəri üzrə Təhsil İdarəsindən bildirilib ki, paytaxtdakı 73 nömrəli tam orta məktəbin fəaliyyəti 2 həftəlik distant təhsil formasında davam etdiriləcək.

Buna səbəb məktəbin 3 şagirdi və 5 müəllimində COVİD-19 infeksiyasına yoluxmasının təsdiq olunmasıdır.

Bu səbəbdən Gigiyena və Epidemiologiya Mərkəzinin rəyi əsasında 73 nömrəli tam orta məktəbdə əyani tədris prosesi 14 gün müddətinə distant təhsillə əvəz olunub.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}