“Jara-2019”da 200-dən çox müğənni çıxış edəcək
Tarix: 25-07-2019 19:02 | Bölmə: Mədəniyyət
“Jara-2019”da 200-dən çox müğənni çıxış edəcək

Bu il Bakıda düzənlənən "Jara" festivalı çərçivəsində maraqlı ifalarla yanaşı, duetlər və yalnız ifaçıların iştirakı ilə “Jara-2018”haqqında çəkilmiş filmə baxış olacaq.

Reyting.az
xəbər verir ki, bunu Azərbaycanın Xalq artisti, “Jara” Beynəlxalq Musiqi Festivalının təşkilatçılarından biri Emin Ağalarov mətbuat konfransında deyib. O, əlavə edib, bu il festivalda dörd gün ərzində 200-dən çox ifaçı çıxış edəcək.

İyulun 26-da ötən il çəkilmiş “Odnajdı na Jare” filminin ulduzlar üçün təqdimatı olacaq. Bu ekran əsərində festivalın iştirakçıları rol alıb.

“Jara-2019” festivalının açılışı münasibətilə təşkil edilən mətbuat konfransında, həmçinin festivalın digər təşkilatçıları - Rusiyanın Əməkdar artisti Qriqori Leps, Olqa Bukova, Yana Çurikova, dünya şöhrətli ifaçılar Filipp Kirkorov, Ani Lopak, Sergey Kojevnikov və Zivert jurnalistlərin suallarını cavablandırıblar.

F.Kirkorov deyib: “Dörd gün ərzində əsl musiqi bayramı olacaq. Mən çox festivalda iştirak etmişəm, “Jara” Beynəlxalq Musiqi Festivalı çox yüksək səviyyədə təşkilatçılığı ilə digərlərindən seçilir”.

Mətbuat konfransında F.Kirkorovun gələn festival çərçivəsində yaradıcılıq gecəsinin keçirilməsi təklif olundu və müğənni buna razılığını bildirib.

Qeyd olunub ki, gələn il “Jara” festivalının Dubayda ikinci dəfə, eləcə də Almaniya, Amerika və Belarusda keçirilməsi nəzərdə tutulur.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}