Şəbnəm Tapdığın təqdim etdiyi ad əmtəə nişanı kimi qeydiyyata alınıb
Tarix: 23-09-2019 12:01 | Bölmə: Mədəniyyət
Şəbnəm Tapdığın təqdim etdiyi ad əmtəə nişanı kimi qeydiyyata alınıb

Əqli Mülkiyyət Agentliyi Əməkdar artist Şəbnəm Tapdığın adının əmtəə nişanı kimi qeydiyyata alınması üçün etdiyi müraciəti ilə bağlı qərar qəbul edib.

Agentlikdən bildirilib ki, Əməkdar artist "İLK ŞƏBNƏM" adının əmtəə nişanı kimi qeydiyyata alınması üçün müraciət edib:

"Əməkdar artist Tapdıqova Şəbnəm İlyas qızı iyunun 11-də təqdim etdiyi iddia sənədi ilə "İLK ŞƏBNƏM” söz işarəsindən ibarət əmtəə nişanının Təsnifatın 41-ci sinfi üzrə (musiqili təqdimatların təqdim edilməsi xidməti üzrə) qeydiyyatına dair Əqli Mülkiyyət Agentliyinə müraciət edib. Müraciətə Patent və Əmtəə Nişanlarının Ekspertizası Mərkəzinin Əmtəə nişanı,sənaye nümunəsi və coğrafi göstəricilərin ekspertizası şöbəsində baxılıb və onun qeydiyyatına dair Müşahidə Şurası tərəfindən 22 avqust 2019-cu il tarixli Qərar qəbul edilib".

Agentlikdən bildirilib ki, qeydiyyata alınan əmtəə nişanı şəxsi adların qorunması kimi qəbul olunmur: "O, təsnifatın qeydiyyata alındığı əmtəə və xidmətlər üzrə əmtəə nişana dair hüquqlarını ehtiva edir".

Qeyd edək ki, Əməkdar artist Şəbnəm Tapdıq 2019-cu ilin iyunun 11-də "İLK ŞƏBNƏM” adının əmtəə nişanı kimi qeydiyyata alınması üçün Əqli Mülkiyyət Agentliyinə müraciət edib/Report.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər