Sabah Bəstəkarlar İttifaqına sədr seçəcəklər - Qurultay
Tarix: 29-10-2019 13:01 | Bölmə: Mədəniyyət / Xəbərlər
Sabah Bəstəkarlar İttifaqına sədr seçəcəklər

Sabah Azərbaycan Bəstəkarlar İttifaqının (ABİ) X Qurultayı keçiriləcək.

Reyting.az
-ın xəbərinə görə, qurultayda İttifaq sədrinin və Nəzarət-Təftiş Komissiyasının hesabat məruzəsi dinləniləcək.

Daha sonra Azərbaycan Bəstəkarlar İttifaqına 21 nəfərlik yeni İdarə Heyəti, katiblik və sədr seçiləcək.

Qurultayda Mədəniyyət naziri Əbülfəs Qarayevin iştirakı gözlənilir.

Qeyd edək ki, ABİ-nin sonuncu qurultayı 2012-ci ildə keçirilib.

Azərbaycan Bəstəkarlar İttifaqının sədri Xalq artisti Firəngiz Əlizadədir.(APA)




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}