Şah Mat Teatrı “Çevrilmə”ni hazırlayır
Tarix: 19-10-2021 16:35 | Bölmə: Mədəniyyət
Şah Mat Teatrı “Çevrilmə”ni hazırlayır

Müstəqil Şah Mat Teatrı XX əsr ədəbiyyatının görkəmli nümayəndələrindən olan almandilli Avstriya yazıçısı Frans Kafkanın eyniadlı əsəri əsasında hazırlanan “Çevrilmə” mono-tamaşasını nümayiş etdirəcək.

Teatrın mətbuat xidmətindən Reyting.az-a bildirilib ki, oktyabrın 21-də saat 19:00-da “Salaam Cinema”nın səhnəsində nümayiş olunacaq tamaşanı Mir Qabil Əkbərov ifa edəcək.

Xronometrajı 50 dəqiqə olan tamaşanın quruluşçu rejissoru Mir Qabil Əkbərov, quruluşçu rəssamı Günel İsgəndərova, geyim üzrə rəssamı Səbinə Abutalıbzadə, musiqi tərtibatıçısı Şükür Babayev, rejissor assistenti Səid Abbasovdur.

Tamaşa gənc oğlanın gecə yatıb səhər həşərata çevrilməsindən, ailəsinin ondan üz döndərməsindən və oğlanın mənəvi əzablarla can verməsindən bəhs olunur.

Burada əsas insanların absurd yaşam tərzindən çıxması və həyat eşqi ilə yaşaması ön plana çəkilir.

Tamaşa 16+ hazırlanıb. Biletləri iticket.az saytından onlayn və ya tamaşa günü “Salaam Cinema”dan əldə edə bilərsiniz.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}