Rusiya hərbçiləri Xersonda kurqanları dağıdıb
Tarix: 02-05-2022 16:02 | Bölmə: Mədəniyyət
Rusiya hərbçiləri Xersonda kurqanları dağıdıb

Rusiya hərbçiləri Xerson vilayətində görməli yerləri, arxeoloji qazıntıları, kurqanları dağıdırlar.

Bu barədə UNESCO-nun keçirdiyi monitorinqin nəticəsindən məlum olub.

Bildirilib ki, təşkilat regionda tarixi və mədəni abidələrin mühafizəsi ilə bağlı monitorinqi aprelin 30-dan mayın 1-dək keçirib.

Məlumata görə, aprelin 30-dan mayın 1-dək Zaporojye vilayətinin Drujbovka kəndindən Nikolayev vilayətinin Davıdov Brod kəndinədək ərazidə monitorinq aparılıb.

“Əvvəlcə keçirilən vizual baxış nəticəsində döyüş bölgələrindən kənarda hərbi tarixi abidələrin zərər görmədiyinə dair məlumat əldə edilmişdi. Ancaq işğalçlar yolboyu tarixi arxeoloji abidələri, kurqanları dağıdıblar”, - məlumatda qeyd olunub.

Xersondakı kurqanlar Qara dəniz sahilləri çölündə ən geniş yayılmış qədim dövrə aid abidələrdir. UNESCO müharibə zamanı Ukraynadakı tarixi-mədəni abidələrin qorunması ilə bağlı layihənin icrasına başlayıb/Report.

Qeyd edək ki, kurqanlar Orta Asiyada qədim türklərin məzarlıqlarına verilən addır. Həmin bölgələri qədim dövrlərdə ruslara bağlayan heç bir tarixi bağ mövcud deyil.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər