Şah Mat Teatrında premyera olacaq
Tarix: 04-05-2022 20:22 | Bölmə: Mədəniyyət
Şah Mat Teatrında premyera olacaq

Mayın 6-da Müstəqil Şah Mat Teatrında dünya şöhrətli Alman şair-dramaturqu, mütəfəkkiri Y.V.Hötenin “Gənc Verterin iztirabları” əsərinin motivləri əsasında hazırlanmış eyniadlı tamaşanın premyerası olacaq.

Bu barədə Reyting.az-a teatrın mətbuat xidmətindən bildiriblər.

Şah Mat Teatrının bədii rəhbəri Mir Qabil Əkbərovun amansız teatr üslubunda quruluş verdiyi tamaşada rolları Fərid Vəliyev, Günel İmanova, Cavid Cavadzadə, Fərid Kazakov, Ellada Abdullazadə ifa edəcək.

Xronometrajı 1 saat olan səhnə əsərinin ssenari müəllifi Mirtalib Həsənov, quruluşçu rəssamı Səbinə Abutalıbzadə, musiqi tərtibatçısı Səid Abbasovdur.

Qeyd edək ki, tamaşa 13+ hazırlanıb.

Tamaşaya bileti iticket.az saytından əldə bilərsiniz.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}