17:38 / 28-03-2024
Əməkdar artist vəfat edib
Tarixi Muzeyində XVIII-XIX əsrlərə aid silahlar nümayiş etdiriləcək
Tarix: 05-05-2022 17:37 | Bölmə: Mədəniyyət
Tarixi Muzeyində XVIII-XIX əsrlərə aid silahlar nümayiş etdiriləcək

AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyində XVIII-XIX əsrlərə aid silahlar nümayiş etdiriləcək.

Muzeydən Reyting.az-a verilən məlumata görə, Azərbaycan silahlarının dekorativ tərtibatına həsr olunmuş sərginin hazırlıq işləri davam edir.

XVIII – XIX əsrlərə aid silahlar (250-dən artıq eksponat) iki zalda, əsasən 40-a yaxın vitrində təqdim ediləcək. Həmin sərgidə nümayiş olunacaq eksponatlar - soyuq silahlar, müdafiə geyimləri, odlu silahlar muzeyin Silahlar və bayraqlar, Xüsusi fondlarında mühafizə olunur.

Sərgi tezliklə tamaşaçıların ixtiyarına veriləcək.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}