07:30 / 23-10-2025
Türkiyə Qətərlə əməkdaşlığı inkişaf etdirməyi hədəfləyir
07:23 / 23-10-2025
İrlandiyada uşaq və yeniyetmələr üsyan edir
07:18 / 23-10-2025
Tel-Əviv İordan çayının qərb sahilini ilhaqa hazırlaşır
07:09 / 23-10-2025
Tramp Putinlə görüşünü ləğv edib
00:01 / 23-10-2025
Qurban Qurbanov: "Futbolçularımız üçün bu, asan deyildi"
22:40 / 22-10-2025
"Qarabağ" uduzub, "Qalatasaray" qalib gəlib
22:14 / 22-10-2025
Məşhur vəkilin evi qarət olunub - (Yenilənib)
20:31 / 22-10-2025
Əli İnsanov: "Burnunu tutsan, canı çıxar, həbsxanada dözməz"
19:39 / 22-10-2025
Azərbaycan və Ermənistan nümayəndələri Yerevanda görüşüblər - Fotolar
19:23 / 22-10-2025
İsveç Ukraynaya 120 ədəd döyüş təyyarəsi satmaq istəyir
18:05 / 22-10-2025
Xalq artisti Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
17:54 / 22-10-2025
Dabaq xəstəliyi Şəki-Zaqatalanı bürüyüb - Vaksin fayda vermir, mal-qaralar tələf olur
17:49 / 22-10-2025
Bələdiyyə sədrinin ölkədən çıxışına "stop" qoyulub
17:42 / 22-10-2025
“QHT işi” üzrə daha bir məhkəmə başlayıb
17:19 / 22-10-2025
Nazir işçilərinə maşın yuduzduranı direktor təyin edib
16:51 / 22-10-2025
Gələn ildən bu şəxslər gəlir vergisinə cəlb olunacaq
16:37 / 22-10-2025
“Səmavi dinlər” layihəsi Vatikanda təqdim edilib - Fotolar
16:22 / 22-10-2025
Yaşayış minimumu və ehtiyac meyarı artırılır
16:05 / 22-10-2025
"Qarabağ"ın U-19 komandası ardıcıl üçüncü oyunda uduzub
16:02 / 22-10-2025
İslandiyada ilk dəfə ağcaqanad aşkar edilib
15:55 / 22-10-2025
Qurban Pirimov direktor təyin olunub
15:49 / 22-10-2025
SLS raketi astronavtları Aya aparmağa hazırdır - Foto
15:37 / 22-10-2025
Estoniyanın xarici işlər naziri Bakıda Şəhidlər xiyabanını ziyarət edib
15:29 / 22-10-2025
Bakıda arvad öldürdüyü ərini həyətdə gizli basdırıb
15:07 / 22-10-2025
Beynəlxalq səyyahlar Xankəndiyə səfər ediblər - (Yenilənib) - Fotolar
14:50 / 22-10-2025
Mərkəzi Xəstəxananın direktoru vəzifədən azad olunub
14:41 / 22-10-2025
Yeni medal təsis edilib
14:29 / 22-10-2025
General-mayora yüksək vəzifə verilib
12:00 / 21-10-2025
Xankəndi: böyük qələbəmiz - Rauf Rəcəbov yazır
15:51 / 20-10-2025
Ramiz Mehdiyev dövlətə təhlükə yaradıb - Professor
16:01 / 18-10-2025
Ramiz Mehdiyev Təhlükəsizlik Şurasının üzvlüyündən azad edilib
16:07 / 20-10-2025
Mollazadə: Putin-Tramp görüşündə müsbət nəticə əldə edilməyəcək
16:05 / 21-10-2025
Akademikin armudu stəkanındakı limon
16:15 / 18-10-2025
ANAMA sədrinə I müavin təyin olunub
14:28 / 20-10-2025
ANAMA əməkdaşı Xocavənddə minaya düşüb
13:12 / 21-10-2025
Daş Veysəlli kəndində Şəhidlər Abidə Kompleksi yaradılıb - Fotolar
19:14 / 18-10-2025
İlham Əliyev ABŞ Mərkəzi Komandanlığının komandanını qəbul edib - Fotolar
14:39 / 19-10-2025
Ayı ata və oğula hücum edib
19:39 / 22-10-2025
Azərbaycan və Ermənistan nümayəndələri Yerevanda görüşüblər - Fotolar
08:12 / 19-10-2025
Azərbaycan diplomatiyasının Qızıl Dövrünə düşən 15 gün
“Açıq səma altında muzeylər” adlı beynəlxalq konfrans keçirilib - Fotolar
Tarix: 16-05-2022 21:51 | Bölmə: Mədəniyyət

Mayın 16-da Şərq Ölkələri Beynəlxalq Memarlıq Akademiyası (ŞÖBMA), Beynəlxalq Memarlıq Akademiyasının Moskva bölməsi (BMAM) və Azərbaycan Memarlar İttifaqının (AMİ) birgə təşkilatçılığı ilə “Açıq səma altında muzeylər” adlı beynəlxalq elmi-praktik konfrans keçirilib.
Reyting.az xəbər verir ki, tədbiri giriş sözü ilə açan ŞÖBMA-nın vitse-prezidenti, Beynəlxalq Memarlıq Akademiyasının Moskva bölməsinin həqiqi üzvü və Bakı Akademik Mərkəzinin rəhbəri, Azərbaycan Memarlar İttifaqının İdarə Heyətinin sədri, Əməkdar memar, professor Elbay Qasımzadə beynəlxalq konfransa bir sıra qardaş ölkələrdən qonaqların qatıldığını diqqətə çatdırıb.
Elbay Qasımzadə ŞÖBMA-nın yaranma tarixindən bəhs edərək, qurumun 1992-ci ildə görkəmli Azərbaycan-Sovet memarı, SSRİ Xalq memarı, akademik Mikayıl Hüseynovun təşəbbüsü ilə təsis edildiyini xatırladıb. Qeyd edib ki, uzun illərdir mövcud olan Beynəlxalq Memarlıq Akademiyası Avropa ölkələri və Sovet İttifaqı respublikalarını müvafiq sahənin inkişafı üçün bir araya gətirir. “Akademik Mikayıl Hüseynov ŞÖBMA-nın yaradılması zəruriliyini də məhz bununla əsaslandırırdı. O, müvafiq qurumun Şərq ölkələrini birləşdirəcəyinə, dünya memarlıq elmini yeni əsərlər, tədqiqatlar və nailiyyətlərlə zənginləşdirəcəyinə inanırdı”, - deyə E. Qasımzadə bildirib.
Keçmiş prezidentlərinin sağlamlıq vəziyyəti, yaranmış bir sıra maliyyə xarakterli çətinliklərin Akademiyanın fəaliyyətinə mənfi təsir göstərdiyini söyləyən natiq qurumun növbəti illərdə durğunluq dövrü yaşadığını qeyd edib. Sədr artıq Akademiyanın fəaliyyətinin gücləndiriləcəyini, bu kimi yüksək səviyyədə təşkil olunan toplantıların mütəmadi olaraq keçiriləcəyini bildirib.
Konfransın işinə uğurlar diləyən professor E. Qasımzadə cari ilin payız aylarında hibrid formatda Akademiyanın Ümumi yığıncağının təşkilinin nəzərdə tutulduğunu söyləyib. O, bu kimi tədbirlərin qurumun fəaliyyətinin gücləndirilməsi, Şərq ölkələri memarlarının beynəlxalq əlaqələrinin inkişafı və möhkəmləndirilməsi, qədim ənənələrə malik Şərq memarlığının tərəqqisi, eləcə də memarlıq elminin layiq olduğu mövqeyə yüksəldilməsində mühüm rol oynadığını qeyd edib.
Sonra Rusiyanın Xalq memarı, BMAM-ın prezidenti, akademik Andrey Bokov maddi-mənəvi dəyərlərin saxlanıldığı və qorunduğu muzeylərin mədəniyyətlərin qurulmasında xüsusi rol oynadığını diqqətə çatdırıb. A. Bokov açıq muzeylərin qorunub saxlanılmasının əhəmiyyətindən bəhs edərək, burada saxlanılan hər bir tarixi və bədii əhəmiyyət kəsb edən eksponatın mənsub olduğu xalqın tarixini, qədimliyini və milliliyini əks etdirdiyini vurğulayıb. O, dünyanın bir çox ölkələrində bugünümüzədək gəlib çatmış müxtəlif mövzuları əhatə edən açıq səma altında muzeylərin fəaliyyət göstərdiyini qeyd edib.
Bu muzeylərin təşkil olunması ideyasının tarixinin bir neçə əsr öncəyə gedib çıxdığını deyən BMAM-ın prezidenti bildirib ki, tarixin müəyyən məqamını özündə yaşadan, keçmişdən bu günə, bu gündən gələcəyə körpü rolunu oynayan bu muzeylərdə ötən əsrlərin tarixi hadisələrindən xəbər verən eksponatlar sərgilənir.
Akademik A. Bokov hazırda yaşadığımız informasiya cəmiyyətində, rəqəmsal texnologiyalar əsrində tarixi abidələrin də elektron mühitə inteqrasiya olunduğunu, açıq havada fəaliyyət göstərən muzeylərin yeni modellərinin yarandığını bildirib. O, əhəmiyyətli məsələlərə həsr olunmuş konfransın işinə uğurlar arzulayıb, bu başlanğıcın gələcək əməkdaşlıqlar üçün yeni imkanlar açacağına əminliyini ifadə edib.
Tədbirdə çıxış edən ŞÖBMA və BMAM-ın həqiqi üzvü, Əməkdar memar, Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektoru, professor Gülçöhrə Məmmədova “Açıq səma altında muzeylər” mövzusunun memarlıq abidələri ilə zəngin olan ölkəmiz üçün çox aktual olduğunu diqqətə çatdırıb. Bildirib ki, memarlıq abidələrinin qorunması və bərpası problemləri Azərbaycan cəmiyyətinin diqqət mərkəzindədir.
“Uzun illər işğal altında olmuş tarixi torpaqlarımızda abidələrimizə ciddi ziyan dəymişdir ki, bu da Azərbaycan alimləri qarşısında bir sıra mühüm vəzifələr qoyur. Hazırda yalnız mədəni irsimizi bərpa və mühafizə etmək haqqında deyil, həm də onu mədəniyyətimizi dünyaya tanıtmaq üçün daha yaxşı nümayiş etdirmək barədə düşünməliyik”, - deyə G. Məmmədova əlavə edib.
Memarlıq abidələrimizin Sovet dövründə dərindən tədqiq olunmadığını təəssüf hissi ilə qeyd edən rektor işğaldan azad olunmuş ərazilərdə yerləşən abidələrin daha dərindən araşdırılmasının zəruriliyinə toxunub: “Memarlıq abidələrinin tədqiqi, bərpası və mühafizəsinə müasir yanaşma öncəkindən bir qədər fərqlənir. Azərbaycan alimləri müasir tələblərə cavab verən əsaslı tədqiqatlar aparmalı, bu işə gənc elmi kadrları cəlb etməlidirlər. Mədəni irsimizin inkişaf tarixi, memarlıq abidələrimizin milli mənsubiyyəti və s. haqda dünya elmi ictimaiyyətini düzgün məlumatlandırmalıyıq”.
Onun sözlərinə görə, Azərbaycanın mədəni irsi bəşər mədəniyyətinin ayrılmaz tərkib hissəsi olduğundan ölkəmizin ərazisində xalqımızın çoxəsrlik tarixi keçmişindən yadigar qalmış tarix və mədəniyyət abidələrinin mühafizəsi beynəlxalq əhəmiyyət kəsb edən məsələ olaraq qalır. Tariximizin, mədəniyyət və mənəviyyat abidələrimizin yenidən bərpası bir vətəndaşlıq borcu kimi hər birimizin, xüsusilə də gənc nəslin üzərinə düşür.
G. Məmmədova beynəlxalq konfransın təşkilində əməyi keçən hər kəsə dərin minnətdarlığını bildirib, tədbirdə aparılan müzakirələr zamanı ortaya çıxan yeni ideya və təkliflərin Azərbaycan memarlıq elminə töhfələr verəcəyinə inamını bildirib.
Daha sonra AMEA Memarlıq və İncəsənət İnstitutunun baş direktoru, ŞÖBMA-nın həqiqi üzvü, AMEA-nın müxbir üzvü, professor Ərtegin Salamzadə rəhbərlik etdiyi institutda açıq səma altında muzeylərlə bağlı ciddi tədqiqatların aparıldığını bildirib. Alim hər bir memarlıq abidəsinin açıq səma altında muzey kimi qiymətləndirilmə potensialına malik olduğunu diqqətə çatdırıb. Əlavə edib ki, buna baxmayaraq, bu muzeylərin böyük bir qismi muzeyləşdirilməmişdir. O, hazırda postmodern dövrü üçün xarakterik olan muzeyləşdirmə epoxasının yaşandığını deyib, bunun mənfi və müsbət cəhətlərindən bəhs edib.
Ə. Salamzadə Vətən müharibəsi nəticəsində işğal altında olan torpaqlarımızın azad edilməsi ilə Şuşa şəhərində açıq səma altında muzeylərin təşkili üçün geniş imkanların yarandığını vurğulayıb.
Zamanın axını ilə uyğunlaşmağın aktualizm, futurizm və s. kimi üsullarının mövcud olduğunu deyən direktor bugünkü konfransın bu üsullar arasından ən doğrusunun müəyyən edilməsində xüsusi rola malik olacağına ümidvar olduğunu bildirib.
Daha sonra konfrans öz işini plenar iclaslarla davam etdirib.
Tədbirdə “Tarixi-arxeoloji komplekslər Azərbaycanın mədəni irsi kontekstində”, “Xudafərin körpülərinin bərpası üçün memarlıq icmalı”, “Sarazm - Orta Asiyanın dağətəyi ərazilərinin ən qədim şəhəri”, “Qala kəndinin dini tikililəri “açıq səma altında” muzey eksponatları kimi” və digər mövzularda məruzələr dinlənilib, müzakirələr aparılıb.

Bölməyə aid digər xəbərlər

Dünən, 18:05
Xalq artisti Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Dünən, 15:55
Qurban Pirimov direktor təyin olunub
Dünən, 13:54
Məşhur kino şirkətini satışa çıxarıblar
Dünən, 07:16
Luvr muzeyinə dəymiş zərər 88 milyon avrodur
21-10-2025, 16:36
“Ulduz” jurnalının oktyabr sayı işıq üzü görüb - Foto
21-10-2025, 11:34
Yeni "Odisseya" filmi "Avatar 3" vasitəsilə tanıdılacaq - Fotolar
20-10-2025, 18:17
Yazıçı Anar: “Xəstəyəm, heç bir məsələ haqqında danışa bilmərəm...”
20-10-2025, 17:24
Heydər Əliyev Mərkəzində caz konserti keçiriləcək
20-10-2025, 10:22
Hollivudun məşhur aktyorundan bəhs edən film çəkiləcək
20-10-2025, 09:08
İmperatorlara məxsus qiymətli əşyaları oğurlayıblar - Fotolar
17-10-2025, 12:58
Milyarder iş adamı məşhur aktyorları qəzəbləndirib
17-10-2025, 11:45
Əkrəm Əylisli: "Bu mövzuda danışamaq mənim üçün çox çətindir”
17-10-2025, 08:58
“Kiss”-in məşhur gitaraçısı vəfat edib
16-10-2025, 11:36
Oğlu: "Ramiz Quliyevi dostum kimi yola salıram"
16-10-2025, 10:52
Əməkdar artist vəfat edib
16-10-2025, 10:27
Dünya şöhrətli iki aktyor yeni çəkilişdə... - Fotolar
16-10-2025, 09:22
Astana II Beynəlxalq Etnik Musiqi Festivalına hazırlaşır
15-10-2025, 11:08
Leyla və Arzu Əliyevalar Berlində sərgidə - Fotolar
15-10-2025, 11:00
Nazirlik Ramiz Quliyevin vəfatı ilə bağlı məlumat yayıb
15-10-2025, 10:15
Xalq artisti Ramiz Quliyev vəfat edib
15-10-2025, 08:32
Dördqat “Gremmi” laureatı 51 yaşında vəfat edib
14-10-2025, 09:52
Al Paçino "Ata Co" filmində baş rola çəkiləcək - Fotolar
14-10-2025, 08:48
“Ceyms Bond” filmləri silahsız təqdim olunub
12-10-2025, 09:00
Kino ulduzu "Tayler Reyk"-ə dönür
10-10-2025, 08:51
Məşhur aktyor Hollivud ulduzunun atasının obrazını yaradacaq - Fotolar
9-10-2025, 16:12
"Ouşenin 14 dostu" filminin çəkilişlərinə başlayırlar
9-10-2025, 15:13
Yazıçı Nobel mükafatına layiq görülüb
9-10-2025, 14:59
Xalq artisti Əminə Yusifqızı vəfat edib
8-10-2025, 07:56
Məşhur aktrisalara yeni filmdə rol verilib
7-10-2025, 10:30
UNESCO-da Azərbaycanın bəyanatı oxunub
6-10-2025, 11:24
Yadigar Muradovun vəziyyəti ağır olaraq qalır
3-10-2025, 17:45
Aytac Əlisultanlı yeni vəzifəyə təyin olunub
3-10-2025, 14:43
Arzu Əliyeva VII Bakı Beynəlxalq Memarlıq Müsabiqəsinə qatılıb
3-10-2025, 10:43
Xalq artisti Ramiz Quliyevin vəziyyəti ağır-stabil olaraq qalır
3-10-2025, 07:20
Yeni "Avatar" təxminən üç saatlıq film olacaq
2-10-2025, 18:08
Müğənni Səbinə Ərəbli Xankəndiyə köçüb
2-10-2025, 17:11
Hollivud ulduzu "Sığınacaq" qəhrəmanına çevrilib - Fotolar
2-10-2025, 07:13
Yeni filmdə əsas rolları məşhurlar oynayacaqlar
1-10-2025, 22:19
Heydər Əliyev Fondu xanəndənin müalicəsini nəzarətə götürüb
1-10-2025, 12:35
Şahbaz Xuduoğlu Bakıda kitab sərgisinə buraxılmayıb
30-09-2025, 16:12
Füzuli Dram Teatrının direktoru komaya düşüb
30-09-2025, 15:02
Tahir İmanov: "Allah kimisə ucaltsa, onu heç kim alçalda bilməz”
30-09-2025, 10:54
Teleaparıcı vəzifəyə təyin olunub
30-09-2025, 10:26
Cabir İmanovla vida mərasiminin yeri dəyişdirilib
29-09-2025, 11:16
TƏBİB: "Şairin vəziyyəti orta ağırdır"
26-09-2025, 16:42
Milli Qəhrəmana həsr edilmiş tamaşanın premyerası olub
26-09-2025, 16:13
Məşhur aktyorun fimi hitə çevrilib
26-09-2025, 13:29
Ordubadlı qəhrəmanlardan bəhs edən kitab işıq üzü görüb
26-09-2025, 10:58
"Leyli və Məcnun" operası əsasında film çəkilməsi təklif olunub

ADP sədri ehtimal edir ki, “Tərtər işi” yaxşı araşdırılsa, onun da altından Mehdiyev və əlaltıları çıxacaq
Xalq artisti deyir ki, rəqqasların səhnə ömrü çox qısa olur. Bu az müddətdə uğur qazanmaq, əsl sənətkar kimi yetişmək üçün daha çox zəhmət çəkmək lazımıdır
Rus Dram Teatrının aktyoru deyir ki. bölgə teatrlarında diplomlu aktyor və rejissor tapmaq müşkül məsələdir
Qüdrət Həsənquliyevin fikrincə, Tramp görsə ki, Ukrayna qalib gəlir, Rusiyaya təkcə siyasi yox, hərbi dəstək də verəcək
"Xalq qəzeti"nin şöbə müdiri deyir ki, ömrü boyu özünü axtaran, dəfələrlə yanından ötüb keçən o qədər insan var ki