Ədəbiyyat Muzeyində “Açıq qapı” günü təşkil ediləcək
Tarix: 17-05-2022 16:03 | Bölmə: Mədəniyyət
Ədəbiyyat Muzeyində “Açıq qapı” günü təşkil ediləcək

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyində 18 May - Beynəlxalq Muzeylər Günü münasibətilə “Açıq qapı” günü keçiriləcək.

Reyting.az
-ın məlumatına görə, “Açıq qapı” günündə paytaxt sakinləri və şəhərin qonaqları muzeyin zəngin ekspozisiyası ilə ödənişsiz tanış olmaq imkanını əldə edəcək, onlara Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələri, burada yer alan eksponatlar, mühüm ədəbi faktlar barədə ətraflı məlumat veriləcəkdir.

Qeyd edək ki, ICOM-un (Beynəlxalq Muzeylər Şurası) təşəbbüsü ilə 1977-ci ildə təsis olunmuş Beynəlxalq Muzeylər Gününün məqsədi muzeylərin cəmiyyətin həyatında oynadığı mühüm rolu göstərməkdən ibarətdir. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşəbbüsü ilə postsovet məkanında 1993-cü ildə ilk dəfə olaraq Beynəlxalq Muzeylər Şurasının Azərbaycan Milli Komitəsi təsis edilib. Milli Komitənin əsas fəaliyyəti ICOM-un işində iştirak etmək, Azərbaycan muzeylərinin işinin təkmilləşdirilməsi üzrə beynəlxalq muzeylərlə əlaqə yaratmaq, dünya standartlarına uyğun normativ aktların qəbulunda, habelə mədəni irsin qorunması istiqamətində dünya muzeyləri ilə bir sırada öz işini davam etdirməkdən ibarətdir.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}