Beynəlxalq Kann Film Festivalı başlayıb - Foto
Tarix: 18-05-2022 00:07 | Bölmə: Mədəniyyət
Beynəlxalq Kann Film Festivalı başlayıb

Fransada 75-ci Kann Film Festivalı başlayıb.

Reyting.az
xarici KİV-lərə istinadla xəbər verir ki, festivalın əsas müsabiqəsində 21 film iştirak edir.

Festival rusiyalı rejissor Kirill Serebrennikovun “Çaykovskinin arvadı” filminin beynəlxalq premyerası ilə açılacaq.

Festivalın mayın 28-dək davam edəcəyi bildirilir.

Tədbirin açılış mərasimində Ukrayna prezidenti Volodimir Zelenski iştirakçılara müraciət edib: “Mariupolda bombalanan teatr binasını görmüsünüz. Ora sizin indi əyləşdiyiniz binaya oxşayırdı. Ora sığınanlar hamısı mülki şəxslər idi”.

Qeyd edək ki, koronavirus pandemiyasına görə təxirə salınan festival ikiillik fasilədən sonra fəaliyyətini yenidən bərpa edib.





Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}