Xalq artisti vəfat edib - Foto
Tarix: 19-05-2022 18:55 | Bölmə: Mədəniyyət
Xalq artisti vəfat edib

Azərbaycanın görkəmli teatr rejissoru, xalq artisti, ssenari müəllifi, aktyor Vaqif Əsədov vəfat edib.

Bu barədə onun yaxınları xəbər verib. Qeyd edilib ki, o, bu gün axşam saatlarında dünyasını dəyişib. Aktyor ürək xəstəliyindən əziyyət çəkirmiş.



Əsədov Vaqif Firudin oğlu 1947-ci ildə Naxçıvan Muxtar Respublikasında anadan olub. 1969-cu il may ayının 25-də Azərbaycan Dövlət İncəsənət İnstitutunun "Dram və kino aktyorluğu" fakültəsini bitirib. 1969-cu ildən 1989-cu ilə kimi Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrında aktyor, quruluşçu rejissor, baş rejissor vəzifələrində çalışıb. 1982-1989-cu illərdə Naxçıvan şəhərində fəaliyyət göstərmiş "Cavid" Poeziya Teatrının yaradılmasına nail olub.

1989-cu ildən o, Azərbaycan Dövlət Gənc Tamaşaçılar teatrında quruluşçu rejissor kimi fəaliyyət göstərib.

1978-ci ildə "Azərbaycan SSR əməkdar artisti", 2006-cı ildə "Azərbaycan Respublikasının xalq artisti" fəxri adına layiq görülüb.

10 dekabr 2018-ci ildə Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu ilə təltif olunub.

Allah rəhmət eləsin!

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}