Azərbaycanlı rejissor Rusiyanın keçirdiyi festivalda iştirakdan imtina edib
Tarix: 23-05-2022 12:31 | Bölmə: Mədəniyyət
Azərbaycanlı rejissor Rusiyanın keçirdiyi festivalda iştirakdan imtina edib

Azərbaycanlı rejissor Tahir Tahiroviç Rusiyada keçirilən festivalda iştirakdan imtina edib. Buna səbəb Rusiyanın Ukraynaya qarşı apardığı müharibədir.

Rejissor sosial şəbəkədə bildirib ki, Krımda keçirilən “Zolotoy Vityaz” festivalından “Qırmızı” filminin çıxarılması üçün müraciət edib.

Tahir Tahiroviç müraciətində qeyd edib:

“Hörmətli həmkarlar! Sizə festivalda uğurlar arzulayıram. Təəssüflər olsun ki, mən sizin festivalda iştirak etmək istəmirəm. Ukraynada baş verən hadisələrə etiraz əlaməti olaraq sizdən xahiş edirəm ki, filmimi “Zolotoy Vityaz” festivalı proqramından çıxarasınız”.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər