Xüsusi qayğıya ehtiyacı olan uşaqların sərgisi keçiriləcək
Tarix: 26-05-2022 17:56 | Bölmə: Mədəniyyət
Xüsusi qayğıya ehtiyacı olan uşaqların sərgisi keçiriləcək

1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə Azərbaycan Dövlət Akademik Musiqili Teatrında UAFA-nın (Azərbaycana Birgə Yardım Təşkilatı) layihəsi əsasında yaradıcı təhsil alan xüsusi qayğıya ehtiyacı olan (əlilliyi olan) uşaqların “Qarabağ” mövzusunda sərgisi keçiriləcək.

Reyting.az
-ın məlumatına görə, sərginin ideya müəllifi Akademik Musiqili Teatrın direktoru Əliqismət Lalayev, kuratoru isə teatrın baş rəssamı Vüsal Rəhimdir.

Sərginin sonunda layihədə iştirak edən uşaqlara teatr tərəfindən həvəsləndirici diplomlar veriləcək.

Daha sonra sərgi iştirakçıları librettosu və quruluşu rejissor Zəhra Quliyevaya aid olan “Qırmızı papaq və Redmüzi” müzıklına xüsusi qonaq qismində tamaşa edəcəklər.

Akademik Musiqili Teatr bütün balaca tamaşaçıları sərgiyə və eyni zamanda həmin gün saat 12:00 və 14:00-da nümayişi nəzərdə tutulan “Qırmızı papaq və Redmüzi” tamaşana baxmağa dəvət edir.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər