Xalq artisti: "Mən yaxşılıq etdikcə, qarşıma pislik çıxıb"
Tarix: 02-06-2022 15:47 | Bölmə: Mədəniyyət
Xalq artisti: "Mən yaxşılıq etdikcə, qarşıma pislik çıxıb"

"Çiləsi çox olan qadın güclü olur və ayaqda qalır".

Reyting.az
axşam.az-a istinadla xəbər verir ki, bu sözləri Xalq artisti Nazpəri Dostəliyeva "Həmin Zaur" proqramında deyib. Müğənni illər əvvəl oxuduğu mahnılarındakı mövzunu indi yaşadığını söyləyib:

"Heç vaxt ağlıma gəlməzdi ki, o yanqı ilə oxuduğum mahnılar öz həyatıma aid olacaq: "Bağışla ana", "Heyif o sevgiyə", "Sevginin ömrü bura qədərmiş", "Nə olar Allahım bağışla məni".

Kövrələn Dostəliyeva "Söz vermişəm, ağlamayacam, kövrəlməyəcm və səhnədə olacam. Möhkəm olacam. Dəyişəcəm, hər zamankı kimi şən olacam" sözlərini əlavə edib.

Nazpəri peşmançılıqlarından söz açıb:

"Çox şeyə görə özümü qınayıram. Ürəyim məni buna məcbur edir. Mən yaxşılıq etdikcə, qarşıma pislik çıxıb. Ona görə də özümü qınayıram. Duyğularımı idarə edə bilirəm".

Qeyd edək ki, N.Dostəliyevanın oğlu Əli ötən il dünyasını dəyişib.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər