Bakıda Bollivud filmləri nümayiş olunacaq
Tarix: 03-06-2022 18:12 | Bölmə: Mədəniyyət
Bakıda Bollivud filmləri nümayiş olunacaq

Bakıda Bollivud filmləri nümayiş oluncaq.

Reyting.az
xəbər verir ki, ilk filmin təqdimatında Hindistanın Azərbaycandakı səfiri Bavitlunq Vanlalvavna iştirak edib.

Onun sözlərinə görə, hind filmlərinin nümayişi ölkəsinin müstəqilliyinin 75-ci ildönümünün qeyd olunması çərçivəsində baş tutacaq: “Azərbaycanda hind filmləri çox sevilir, onlar hələ də məşhurdur. Ümid edirik ki, bu filmlər də tamaşaçıları sevindirəcək”.

Qeyd edək ki, tamaşaçılara 3 Bollivud filmi – “Phillauri” (3 iyun), “Badrinath ki Dulhania” (4 iyun) və “Nil Battey Sannata” (5 iyun) ingiliscə, Azərbaycan dilində subtitrlərlə nümayiş etdiriləcək.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}