“Amerikalı kürəkən” səhnəyə qayıdır - Foto
Tarix: 04-06-2022 19:57 | Bölmə: Mədəniyyət
“Amerikalı kürəkən” səhnəyə qayıdır

Üç illik fasilədən sonra 18 iyun saat 19:00-da Azərbaycan Dövlət Akademik Musiqili Teatrında "Amerikalı kürəkən” tamaşası yenidən oynanılacaq.

Bu barədə Reyting.az-a Akademik Musiqili Teatrından məlumat verilib.

Yazıçı-dramaturq Marat Haqverdiyevin eyniadlı əsəri əsasında və görkəmli bəstəkar, Ramiz Mirişlinin musiqiləri ilə hazırlanan bu tamaşanın quruluşçu-rejissoru Xalq artisti İlham Namiq Kamaldır.

Qeyd edək ki, səhnəyə qoyulduğu gündən (29 may 2010-cu ildən) böyük maraqla qarşılanan bu tamaşanın 55-ci nümayişi yeni aktyor heyəti ilə oynanılacaq.

Səhnə əsərində rolları İlham Namiq Kamalla yanaşı Fatma Mahmudova, Ələkbər Əliyev, Əkbər Əlizadə, İqrar Salamov, Rəsmiyyə Nurməmmədova, Səmədzadə Xasıyev, Gültac Əlili, Ruslan Mürsəlov, Gülnarə Əzizova, Nigar Qarayeva, Mehriban Rəcəbova ifa edəcəklər.

"Amerikalı kürəkən" tamaşasına baxmaq istəyən hər kəs biletləri şəhərin mərkəzləşdirilmiş kassalarından, “ASAN xidmət” mərkəzlərindən və “İticket.az” saytından əldə edə bilər. Kollektiv sifarişlər qəbul olunur.





Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}