Lənkəran teatrının belarsulu qonağı var - Fotolar
Tarix: 05-06-2022 16:44 | Bölmə: Mədəniyyət
Lənkəran teatrının belarsulu qonağı var

İyunun 5-də Azərbaycanın tanınmış aktyoru, Xalq artisti Vidadi Həsənov və Belarus Respublikasından sənətşünas Olqa Klip Lənkəran Dövlət Dram Teatrında olublar.

Bu barədə Reyting.az-a teatrın ədəbi-dram hissə rəhbəri Ağaddin Babayev məlumat verib.

Ağaddin Babayev bildirib ki, sənət ocağının yaradıcılıq fəaliyyəti, mövcud şəraiti ilə yaxından tanış olan qonaqlar həmçinin gənc rejissor Tərlan Abdullayevin quruluşunda İlqar Fəhminin “Şahnamə” (Qanlı namə») pyesi əsasında hazırlanan tamaşanın məşqini izləyiblər.

Daha sonra teatrın yaradıcı kollektivi ilə görüşən V. Həsənov və O. Klip tamaşanın məşqləri barədə fikirlərini söyləməklə bərabər məsləhətlərini veriblər.

Teatrın direktoru Tofiq Heydərov və aparıcı səhnə ustası, Xalq artisti Qabil Quliyev kollektiv adından qonaqlara dəyərli fikirlərinə görə minnətdarlıqlarını çatdırıblar.







Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}