07:30 / 23-10-2025
Türkiyə Qətərlə əməkdaşlığı inkişaf etdirməyi hədəfləyir
07:23 / 23-10-2025
İrlandiyada uşaq və yeniyetmələr üsyan edir
07:18 / 23-10-2025
Tel-Əviv İordan çayının qərb sahilini ilhaqa hazırlaşır
07:09 / 23-10-2025
Tramp Putinlə görüşünü ləğv edib
00:01 / 23-10-2025
Qurban Qurbanov: "Futbolçularımız üçün bu, asan deyildi"
22:40 / 22-10-2025
"Qarabağ" uduzub, "Qalatasaray" qalib gəlib
22:14 / 22-10-2025
Məşhur vəkilin evi qarət olunub - (Yenilənib)
20:31 / 22-10-2025
Əli İnsanov: "Burnunu tutsan, canı çıxar, həbsxanada dözməz"
19:39 / 22-10-2025
Azərbaycan və Ermənistan nümayəndələri Yerevanda görüşüblər - Fotolar
19:23 / 22-10-2025
İsveç Ukraynaya 120 ədəd döyüş təyyarəsi satmaq istəyir
18:05 / 22-10-2025
Xalq artisti Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
17:54 / 22-10-2025
Dabaq xəstəliyi Şəki-Zaqatalanı bürüyüb - Vaksin fayda vermir, mal-qaralar tələf olur
17:49 / 22-10-2025
Bələdiyyə sədrinin ölkədən çıxışına "stop" qoyulub
17:42 / 22-10-2025
“QHT işi” üzrə daha bir məhkəmə başlayıb
17:19 / 22-10-2025
Nazir işçilərinə maşın yuduzduranı direktor təyin edib
16:51 / 22-10-2025
Gələn ildən bu şəxslər gəlir vergisinə cəlb olunacaq
16:37 / 22-10-2025
“Səmavi dinlər” layihəsi Vatikanda təqdim edilib - Fotolar
16:22 / 22-10-2025
Yaşayış minimumu və ehtiyac meyarı artırılır
16:05 / 22-10-2025
"Qarabağ"ın U-19 komandası ardıcıl üçüncü oyunda uduzub
16:02 / 22-10-2025
İslandiyada ilk dəfə ağcaqanad aşkar edilib
15:55 / 22-10-2025
Qurban Pirimov direktor təyin olunub
15:49 / 22-10-2025
SLS raketi astronavtları Aya aparmağa hazırdır - Foto
15:37 / 22-10-2025
Estoniyanın xarici işlər naziri Bakıda Şəhidlər xiyabanını ziyarət edib
15:29 / 22-10-2025
Bakıda arvad öldürdüyü ərini həyətdə gizli basdırıb
15:07 / 22-10-2025
Beynəlxalq səyyahlar Xankəndiyə səfər ediblər - (Yenilənib) - Fotolar
14:50 / 22-10-2025
Mərkəzi Xəstəxananın direktoru vəzifədən azad olunub
14:41 / 22-10-2025
Yeni medal təsis edilib
14:29 / 22-10-2025
General-mayora yüksək vəzifə verilib
12:00 / 21-10-2025

15:51 / 20-10-2025

16:01 / 18-10-2025

16:07 / 20-10-2025

16:05 / 21-10-2025

16:15 / 18-10-2025

14:28 / 20-10-2025

13:12 / 21-10-2025

19:14 / 18-10-2025

14:39 / 19-10-2025

19:39 / 22-10-2025

08:12 / 19-10-2025

“Şuşa fatehi” kitabının təqdimatı keçirilib - Fotolar
Tarix: 09-06-2022 10:03 | Bölmə: Mədəniyyət

Respublika Gənclər Kitabxanasında Moskvada yaşayan soydaşımız, yazıçı-publisist Ulduz Qasımın son zamanlarda çapdan çıxmış üç kitabının - "Qarabağda qiyamət", "Ağ göyərçinlər" və "Qaçaq Aslan" əsərlərinin təqdimat mərasimi keçirilib.
Kitabxananın direktoru Aslan Cəfərov öz çıxışında qəlbi daim vətən sevgisi ilə döyünən, vətənpərvər xanım Ulduz Qasımın yaradıcılığında Qarabağ mövzusunun aparıcı xətt olduğunu, bu mövzuda qələmə aldığı əsərlərin gələcək nəsillər üçün müstəsna dəyərini, tarixi əhəmiyyətini qeyd edib.
Tədbirdə “Xalq qəzeti”nin baş redaktorunun müavini, əməkdar jurnalist Tahir Aydınoğlu Ulduz xanımın qürbət eldə Vətən sevgisi ilə qələmə aldığı hər bir əsərinin Azərbaycanın, Qarabağ tarixinin, hadisələrinin təbliğatı yönümündə olan əhəmiyyətindən danışıb. Müəllifin Qarabağ mövzusunda yazdığı əsərlərin canlı şahidlərin xatirələri, Ulduz xanımın şəxsi tədqiqatları sayəsində yazıldığını söyləyib. T. Aydınoğlu bildirib ki, Qarabağ uğrunda Vətən müharibəsindən bəhs edən ilk irihəcmli nəsr əsəri olan “Qarabağda qiyamət” romanında bu tarixi zəfərin geniş bədii-sənədli mənzərəsi əks olunub. Əsərdə Şuşa uğrunda misilsiz savaş daha geniş salnamələşib. Heydər Əliyev adına Ali Hərbi Məktəbin qardaş Türkiyədə 3 hərbi məktəb bitirmiş müəllimi şəhid Fərid Ələkbərovun əfsanəvi qəhrəmanlığı əhatəli təsvir olunub.
T. Aydınoğlu deyib ki, bu yaxınlarda Türkiyənin Azərbaycandakı hərbi attaşesi general-mayor Zəkəriyyə Yalçın Ulduz Qasımın “Qarabağda qiyamət” romanının baş qəhrəmanı şəhid mayor Fərid Ələkbərovun evində olub, ailəsini ziyarət edib və şəhidin anası Şukufə xanımla səmimi söhbət edib. Zəkəriyyə Yalçın söhbət zamanı Fərid Ələkbərovun qəhrəmanlıqları barəsində Türkiyədə də çox məlumatlı olduğunu şəhid anasının nəzərinə çatdırıb və ona öz təşəkkürünü bildirib.

Jurnalist mərasim iştirakçılarına xatırladıb ki, şəhid mayor Fərid Ələkbərov 1980-ci il iyulun 18-də Bakı şəhərində anadan olub. Orta məktəbi bitirdikdən sonra o, 1996-cı ildə Türkiyədə İstanbul Kuleli Hərbi Liseyinə daxil olub və 2000-ci ildə təhsilini bitirib. Həmin ildə Ankaradakı Quru Qoşunları Hərbi Məktəbinə daxil olan Fərid 2004-cü ildə həmin məktəbdə təhsilini başa vurub. Daha sonra isə Fərid Türkiyənin İsparta şəhərindəki Dağ Komando Məktəbinə daxil olaraq buranı da müvəffəqiyyətlə bitirib. Həmçinin 2005-ci ildə Polatlı Topçu Məktəbini də fərqlənmə diplomu ilə başa vurub.
2020-ci il sentyabrın 27-də Vətən müharibəsinin ilk günündən döyüşlərə qatılan mayor Fərid Ələkbərov Murov dağındakı yüksəkliklərin alınmasında iştirak edib, daha sonra isə Cəbrayıl, Füzuli, Şuşa istiqamətində gedən döyüşlərdə şücaət göstərib. O, noyabrın 8-də Xankəndi istiqamətindəki döyüşlərdə düşmənlə üz-üzə savaşaraq ayağından qəlpə yarası almasına baxmayaraq döyüşü davam etdirib. Döyüş zamanı Fərid Ələkbərov düşmənin xeyli sayda canlı qüvvəsini məhv edərək taborun mühasirədən çıxmasında böyük rol oynayıb. Təəssüf ki, bu, Fəridin sonuncu döyüşü olub. F. Ələkbərov 2020-ci il noyabrın 9-da Şuşa şəhəri yaxınlığında gedən döyüşlərdə qəhrəmancasına şəhid olaraq Bakıda İkinci Fəxri xiyabanda dəfn olunub.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 15 dekabr 2020-ci il tarixli Sərəncamı ilə Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatıldığı və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyinə görə mayor Fərid Ələkbərov ölümündən sonra "Vətən uğrunda", "Şuşanın azad olunması", "İgidliyə görə" medalları ilə təltif edilib. Bütün bunlar barədə Ulduz Qasım romanda böyük sevgi və öyünclə söz açıb.

Tədbirdə iştirak edən qonaqlar - əməkdar jurnalistlər Zemfira Məhərrəmli və Antiqa Qonaq, “Şuşa” qəzetinin baş redaktoru, tədqiqatçı-jurnalist Vasif Quliyev Ulduz Qasımın yaradıcılığının müxtəlif çalarlarını, toxunduğu aktual və vacib mövzuları, məhsuldar, həm də olaylara fərqli baxış sərgiləyən bir yazar kimi geniş oxucu kütləsinə malik olduğunu qeyd ediblər. Müəllifin qələmə aldığı bütün əsərlərdə müşahidə edilən yazı üslubu, hadisələrin canlı təsviri, oxucuları riqqətə gətirən səhnələr haqqında danışıblar. Bu əsərlərin xarici dillərə tərcümə olunması və daha geniş oxucu auditoriyasında təbliğ olunması zəruriyyətini vurğulayıblar.
Sonda müəllif Ulduz Qasım bu tədbirin məhz mədəniyyət ocağı olan gənclər kitabxanasında təşkil olunmasından böyük məmnunluq hissi duyduğunu qeyd edib, tədbirin təşkilinə görə kitabxanaya öz dərin minnətdarlığını bildirib. Təqdimatı keçirilən kitabların vətənpərvərlik ruhunda yazılan, baş vermiş tarixi gerçəkliklərə əsaslanan əsərlər olduğunu söyləyərək, bundan sonra da bütün yaradıcılığını bu mövzuya həsr edəcəyini deyib.
Ulduz Qasım Bakıda olduğu günlərdə Şuşa fatehi Fərid Ələkbərovun ailəsi ilə görüşüb geniş material toplayacağını və şəhid qəhrəman barədə ayrıca kitab yazacağını da söyləyib.
Tədbirin sonunda müəllif kitablarını imzalayaraq, ilk nüsxələrini şəhid Fərid Ələkbərovun anası Şukufə Hüseynovaya və digər qonaqlara təqdim edib.
Bölməyə aid digər xəbərlər

Dünən, 18:05
Xalq artisti Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Dünən, 15:55
Qurban Pirimov direktor təyin olunub
Dünən, 13:54
Məşhur kino şirkətini satışa çıxarıblar
Dünən, 07:16
Luvr muzeyinə dəymiş zərər 88 milyon avrodur
21-10-2025, 16:36
“Ulduz” jurnalının oktyabr sayı işıq üzü görüb - Foto
21-10-2025, 11:34
Yeni "Odisseya" filmi "Avatar 3" vasitəsilə tanıdılacaq - Fotolar
20-10-2025, 18:17
Yazıçı Anar: “Xəstəyəm, heç bir məsələ haqqında danışa bilmərəm...”
20-10-2025, 17:24
Heydər Əliyev Mərkəzində caz konserti keçiriləcək
20-10-2025, 10:22
Hollivudun məşhur aktyorundan bəhs edən film çəkiləcək
20-10-2025, 09:08
İmperatorlara məxsus qiymətli əşyaları oğurlayıblar - Fotolar
17-10-2025, 12:58
Milyarder iş adamı məşhur aktyorları qəzəbləndirib
17-10-2025, 11:45
Əkrəm Əylisli: "Bu mövzuda danışamaq mənim üçün çox çətindir”
17-10-2025, 08:58
“Kiss”-in məşhur gitaraçısı vəfat edib
16-10-2025, 11:36
Oğlu: "Ramiz Quliyevi dostum kimi yola salıram"
16-10-2025, 10:52
Əməkdar artist vəfat edib
16-10-2025, 10:27
Dünya şöhrətli iki aktyor yeni çəkilişdə... - Fotolar
16-10-2025, 09:22
Astana II Beynəlxalq Etnik Musiqi Festivalına hazırlaşır
15-10-2025, 11:08
Leyla və Arzu Əliyevalar Berlində sərgidə - Fotolar
15-10-2025, 11:00
Nazirlik Ramiz Quliyevin vəfatı ilə bağlı məlumat yayıb
15-10-2025, 10:15
Xalq artisti Ramiz Quliyev vəfat edib
15-10-2025, 08:32
Dördqat “Gremmi” laureatı 51 yaşında vəfat edib
14-10-2025, 09:52
Al Paçino "Ata Co" filmində baş rola çəkiləcək - Fotolar
14-10-2025, 08:48
“Ceyms Bond” filmləri silahsız təqdim olunub
12-10-2025, 09:00
Kino ulduzu "Tayler Reyk"-ə dönür
10-10-2025, 08:51
Məşhur aktyor Hollivud ulduzunun atasının obrazını yaradacaq - Fotolar
9-10-2025, 16:12
"Ouşenin 14 dostu" filminin çəkilişlərinə başlayırlar
9-10-2025, 15:13
Yazıçı Nobel mükafatına layiq görülüb
9-10-2025, 14:59
Xalq artisti Əminə Yusifqızı vəfat edib
8-10-2025, 07:56
Məşhur aktrisalara yeni filmdə rol verilib
7-10-2025, 10:30
UNESCO-da Azərbaycanın bəyanatı oxunub
6-10-2025, 11:24
Yadigar Muradovun vəziyyəti ağır olaraq qalır
3-10-2025, 17:45
Aytac Əlisultanlı yeni vəzifəyə təyin olunub
3-10-2025, 14:43
Arzu Əliyeva VII Bakı Beynəlxalq Memarlıq Müsabiqəsinə qatılıb
3-10-2025, 10:43
Xalq artisti Ramiz Quliyevin vəziyyəti ağır-stabil olaraq qalır
3-10-2025, 07:20
Yeni "Avatar" təxminən üç saatlıq film olacaq
2-10-2025, 18:08
Müğənni Səbinə Ərəbli Xankəndiyə köçüb
2-10-2025, 17:11
Hollivud ulduzu "Sığınacaq" qəhrəmanına çevrilib - Fotolar
2-10-2025, 07:13
Yeni filmdə əsas rolları məşhurlar oynayacaqlar
1-10-2025, 22:19
Heydər Əliyev Fondu xanəndənin müalicəsini nəzarətə götürüb
1-10-2025, 12:35
Şahbaz Xuduoğlu Bakıda kitab sərgisinə buraxılmayıb
30-09-2025, 16:12
Füzuli Dram Teatrının direktoru komaya düşüb
30-09-2025, 15:02
Tahir İmanov: "Allah kimisə ucaltsa, onu heç kim alçalda bilməz”
30-09-2025, 10:54
Teleaparıcı vəzifəyə təyin olunub
30-09-2025, 10:26
Cabir İmanovla vida mərasiminin yeri dəyişdirilib
29-09-2025, 11:16
TƏBİB: "Şairin vəziyyəti orta ağırdır"
26-09-2025, 16:42
Milli Qəhrəmana həsr edilmiş tamaşanın premyerası olub
26-09-2025, 16:13
Məşhur aktyorun fimi hitə çevrilib
26-09-2025, 13:29
Ordubadlı qəhrəmanlardan bəhs edən kitab işıq üzü görüb
26-09-2025, 10:58
"Leyli və Məcnun" operası əsasında film çəkilməsi təklif olunub