Teatrda premyera - Bu dəfə fərqli səhnə tərtibatı olacaq - Fotolar
Tarix: 09-06-2022 15:14 | Bölmə: Mədəniyyət
Teatrda premyera - Bu dəfə fərqli səhnə tərtibatı olacaq

21 iyun saat 19:00-da Azərbaycan Dövlət Akademik Musiqili Teatrında dünya ədəbiyyatının görkəmli nümayəndəsi Aleksandr Ostrovskinin “Cehizsiz qız” pyesi əsasında hazırlanan "Lara Martin's Jazz Club" caz tamaşasının premyerası olacaq.

Reyting.az
-ın məlumatına görə, teatrın rus bölməsində ərsəyə gələn əsərin quruluşçu rejissoru İradə Gözəlova, layihənin bədii rəhbəri Əliqismət Lalayevdir.

Tamaşanın quruluşçu dirijoru Fəxrəddin Atayev, musiqi tərtibatçıları Nərgiz Kərimova və Nərminə İsmayılova, quruluşçu rəssamı Vüsal Rəhim, quruluşçu baletmeysteri Emin Əliyev, rejissor assistenti Tamilla Aslanovadır.

"Lara Martin's Jazz Club"da baş rolun ifaçısı Nərgiz Kərimovadır. Tamaşada Fərid Əliyev, Şövqi Hüseynov, Nahidə Orucova, Əliməmməd Novruzov, Rauf Babayev, Emil Heydərov iştirak edirlər.

Qeyd edək ki, piano ifaçısı Nərminə İsmayılova və "DJ Maqa" – Məhəmməd Məmmədov da aktyorlarla eyni səhnəni bölüşəcəklər.

Fərqli səhnə tərtibatı ilə seçilən bu tamaşada aktyorların canlı ifalarında məşhur caz kompozisiyalarından nümunələr təqdim olunacaq.

Xatırladaq ki, İradə xanım bundan öncə Musiqili Teatrda Əbdürrəhim bəy Haqverdiyevin “Kimdir müqəssir?”, SSRİ xalq artisti Fikrət Əmirovun musiqiləri və “1001 gecə” nağıllarının motivləri əsasında “999-cu gecə” və İlyas Əfəndiyevin “Mənim günahım” (SSRİ Xalq artisti Q.Qarayevin musiqiləri əsasında) əsərlərinə quruluş verib.

Peşəkar rejissorun hazırladığı tamaşalar teatrsevərlər tərəfindən hər zaman rəğbətlə qarşılanır.





Bölməyə aid digər xəbərlər
bütün xəbərlər