"Qarabağ" FK 30 mövsüm səfərdə” filmi çəkilir
Tarix: 13-06-2022 18:03 | Bölmə: Mədəniyyət
"Qarabağ" FK 30 mövsüm səfərdə” filmi çəkilir

"Qarabağ" Futbol Klubu (FK) ilə bağlı çəkilən filmin adı məlum olub.
[b][/b]
Mədəniyyət Nazirliyindən bildirilib ki, ekran əsəri "Qarabağ" FK 30 mövsüm səfərdə” adlanır.

Qeyd olunub ki, 4 seriyalı sənədli film dövlət sifarişi ilə nazirliyin "Salnaməfilm" studiyasında istehsal olunur.

""Qarabağ" FK-nin uğur hekayəsi və 30 ildən sonra Ağdama qayıdışından bəhs edən filmin ölkəmizdəki çəkilişlərinin böyük bir hissəsi tamamlanıb. Xaricdə planlaşdırılan çəkilişlərin yaxın vaxtlarda həyata keçirilməsinə başlanılacaq", - qurumdan vurğulanıb.

Nazirlikdən bildirilib ki, filmin istehsalının bu ilin sonunadək tamamlanması nəzərdə tutulub.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}